DÇ-2026: Avstriya İordaniyanı məğlub edib - YENİLƏNİB-6
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyunu başa çatıb "Report"un məlumatına görə, Avropa təmsilçisi rəqibini məğlub edib - 3:1 Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Ali Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya ko

Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyunu başa çatıb "Report"un məlumatına görə, Avropa təmsilçisi rəqibini məğlub edib - 3:1 Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Ali Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Al Arab avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda üçüncü qol vurulub "Report"un məlumatına görə, Avropa təmsilçisi yenidən hesabda önə keçib - 2:1 Yazan Al Arab 76-cı dəqiqədə avtoqol müəllifi olub Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ikinci qol vurulub "Report"un məlumatına görə, İordaniya seçməsi 50-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1 Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ikinci hissə start götürüb "Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0 Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ilk hissə başa çatıb "Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 1:0 20-ci dəqiqədə Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda hesab açılıb "Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi hesabda irəli çıxıb - 1:0 20-ci dəqiqədə Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb Futbol üzrə dünya çempionatının Avstriya - İordaniya oyunu başlayıb "Report"un məlumatına görə, J qrupunun matçı San-Fransisko Bay Area stadionunda keçirilir Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


