Çexiyanın Baş naziri Qazaxıstanın qlobal enerji mənzərəsindəki əhəmiyyətini vurğulayır
ASTANA, Qazaxıstan, 29 aprel. Qazaxıstan qlobal enerji sektorunda böyük əhəmiyyət kəsb edən ölkə olaraq qalır "Siz dünyanın ən böyük uran istehsalçısısınız. Bu sahədə sazişlərin bağlanması bizim üçün çox vacibdir, çünki atom elektrik stansiyaları bu gün xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanın sün

ASTANA, Qazaxıstan, 29 aprel. Qazaxıstan qlobal enerji sektorunda böyük əhəmiyyət kəsb edən ölkə olaraq qalır "Siz dünyanın ən böyük uran istehsalçısısınız. Bu sahədə sazişlərin bağlanması bizim üçün çox vacibdir, çünki atom elektrik stansiyaları bu gün xüsusi əhəmiyyət kəsb edir. Qazaxıstanın süni intellekt sahəsində əldə etdiyi nailiyyətlər məndə dərin təəssürat doğurur. Ölkələrimizi çoxlu ümumi cəhətlər var. İnanıram ki, hökumətlərimiz ikitərəfli münasibətlərin daha da inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklər", - deyə baş nazir bildirib Prezident Tokayev qeyd edib ki, iki ölkə arasında uzun müddətdir sıx və dostluq münasibətləri mövcuddur, ticarət əlaqələri uğurla inkişaf edir. O, hər iki xalqın əməkdaşlığın möhkəmləndirilməsində səmimi maraqlı olduğunu vurğulayıb "Böyük beynəlxalq təşkilatlar çərçivəsində səylərimizi əlaqələndirməyimiz çox vacibdir. Səfirliklərimiz həm burada, həm də paytaxtınızda fəal işləyir. Fürsətdən istifadə edərək, həm də Çexiyanın biznes nümayəndələrindən ibarət böyük nümayəndə heyətinin sizi müşayiət etdiyinə görə minnətdarlığımı bildirmək istərdim. Dünən Astanada uğurlu biznes forum keçirildi. Mən əməkdaşlığımızı hərtərəfli dəstəkləməkdə davam edəcək, çoxşaxəli fəaliyyətimizi daha da gücləndirəcəyəm"


