Türkmənistan Xarici İşlər Nazirliyində UNICEF ilə cari əməkdaşlıq müzakirə olunub
4 iyun 2026-cı il tarixində Türkmənistanın Xarici İşlər Nazirliyində Türkmənistanın Xarici İşlər Nazirinin müavini Myahri Bişimova ilə UNİCEF-in Türkmənistandakı nümayəndəsi Jalpa Ratna arasında görüş keçirilib. Bu barədə Türkmənistan XİN məlumat yayıb Görüş zamanı tərəflər Türkmənistan və UNİCEF a

4 iyun 2026-cı il tarixində Türkmənistanın Xarici İşlər Nazirliyində Türkmənistanın Xarici İşlər Nazirinin müavini Myahri Bişimova ilə UNİCEF-in Türkmənistandakı nümayəndəsi Jalpa Ratna arasında görüş keçirilib. Bu barədə Türkmənistan XİN məlumat yayıb Görüş zamanı tərəflər Türkmənistan və UNİCEF arasında uzunmüddətli əməkdaşlığın səmərəliliyini qeyd ediblər BMT agentlikləri ilə birgə və Qurbanqulu Berdiməhəmmədov adına Qəyyumluğa Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondunun dəstəyi ilə Türkmənistanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən bayram tədbirlərinin əhəmiyyəti vurğulanıb Tərəflər Türkmənistanda UNİCEF ilə birgə həyata keçirilən cari və gələcək layihələri müzakirə ediblər. Qarşıdan gələn birgə tədbirlərə hazırlıq işləri də nəzərdən keçirilib


