Cəsur təyyarəçi və Lənkəran gəlini
II Dünya müharibəsi başlananda Zibanın 20 yaşı vardı. 1921-ci ildə Bakının Saray qəsəbəsində anadan olmuşdu. Böyük arzularla göylərə qanadlanmaq istəyirdi. Elə bu istək və arzu onu rəfiqələri ilə Bakı aeroklubuna gətirmişdi. 1937-ci ildə oranı bitirdikdən sonra Saransk Aviasiya Məktəbinə oxumağa gön

II Dünya müharibəsi başlananda Zibanın 20 yaşı vardı. 1921-ci ildə Bakının Saray qəsəbəsində anadan olmuşdu. Böyük arzularla göylərə qanadlanmaq istəyirdi. Elə bu istək və arzu onu rəfiqələri ilə Bakı aeroklubuna gətirmişdi. 1937-ci ildə oranı bitirdikdən sonra Saransk Aviasiya Məktəbinə oxumağa göndərildi Bakı təhlükə qarşısında idi. Düşmən təyyarələrinin hər an hücumu gözlənirdi. Bir dəfə gözlənilmədən komanda məntəqəsi üzərindən mavi fişəng alışıb yandı. Elə bu an düşmən təyyarələri barədə məlumat verildi. Gənc təyyarəçi Ziba Dadaşova diqqətlə ətrafa nəzər saldı. "Yunkers" buludlar arasından yoxa çıxanda komanda məntəqəsindən əmr gəldi: Geri dönmək lazımdır! Müharibənin ilk günləri təyyarəçi qızlarımız üçün cəsarət, mətinlik məktəbi idi Bakının səmasını igidliklə müdafiə etmək, komanda məntəqəsindən komandirin hər bir tapşırığını cəsarətlə yerinə yetirmək tələb olunurdu Bulud topaları hər yeri görünməz etmişdi. Gənc təyyarəçi Ziba Dadaşova həyəcanını gizlətsə də, özünü itirmədi. Sükanı əlində möhkəm saxlayaraq qeyri-iradi irəli şığıdı. "Yunkers" artıq yoxa çıxmışdı. Qızlar yerə enməkdə olan rəfiqəsinin əlini sevinclə sıxdılar Ziba Dadaşova, Leyla Seyidməmmədova, Zərifə Qasımova, Hüseynbala Əliyev kimi cəsur şahinlərlə məşqlərə çıxırdı. Belə bir dövrdə Azərbaycan vətəndaşlarına müraciətlə yazılırdı: "SSRİ-nin əsas cəbbəxanası olan Bakının müdafiəsi etibarlı əllərdədir. Şəhərin havadan müdafiə "çəpəri" xüsusi təlim keçmiş qırıcı aviadəstələr hesabına gücləndirilmişdir. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, hətta cəsur qızlarımız da uçurlar. Ziba Dadaşova, Zərifə Qasımova bu qızların dəstəsində idilər..." Təyyarəçi qızlar, o cümlədən Ziba Dadaşova düşmən təyyarəçilərinin üzərinə cəsarətlə şığıyaraq böyük hünər göstərmək istəyirdilər Azərbaycanın ən cəsarətli qızlarından olan Ziba Dadaşova "Almaniya üzərində qələbəyə görə", "Qafqazın müdafiəsinə görə", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdi. Çoxsaylı paraşüt tullantılarına görə döş nişanı ilə təltif olunmuşdu Z.Dadaşovanın ömür-gün yoldaşı Eyvaz Şərif oğlu Eyvazov Lənkəranın Veravul kəndindən idi. E.Eyvazov 18 yaşında - 1943-cü ildə orduya çağırılmış, general Akim Abbasovun komandir olduğu diviziyanın tərkibində döyüşmüş, sonra hərbi komandirlər məktəbində oxumuşdu. Çox keçmədən, xidmət etdiyi hissə xüsusi tapşırıqla Bakıya qayıdır E.Eyvazov müharibədən sonrakı həyatını hərbi ilə bağlamış, təqaüdə çıxanadək orduda xidmətini davam etdirmişdi. Sonradan ailə quracağı təyyarəçi Z.Dadaşova ilə də hərbi xidmət zamanı tanış olmuşdu Onlar Lənkəranın "Raypo" deyilən hissəsində yaşayırdılar. Bir yerdə 5 övlad böyüdüb tərbiyə etmişdilər. Südabə və Sənubər Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun rus dili fakültəsini, Oqtay və Çingiz Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi Akademiyasını tar dirijoru şöbəsini, Ramiz Bakı Maşınqayırma Texnikumunu bitirib Ziba Dadaşova ci illərdə Lənkəranda yaşayıb, 2003-cü il dekabrın 27-də dünyasını dəyişib və Bakının Biləcəri qəsəbəsində dəfn olunub. E.Eyvazov isə ondan xeyli sonra, ömrünün 95-ci ilində vəfat etdi Zaman keçib, o dövr çoxdan arxada qalıb. Amma qırıcı aviadəstələrin tərkibində Bakının müdafiəsində dayanmış şahin qızlar bu günədək də yaddaşlardan silinməyib. Cəsur təyyarəçi, lənkəranlı gəlini Ziba Mehdi qızı Dadaşova da onlardan biridir


