Tenqri
Ana Səhifə
Dünya

ABŞ BP-yə Azərbaycanda ruslar və iranlılarla işləməyə icazə verdi

Birləşmiş Ştatlar Azərbaycanda böyük qaz layihəsində sanksiyaya məruz qalmış İran və Rusiya tərəfdaşlarının iştirakı ilə ödənişlərin həyata keçirilməsi üçün müvəqqəti həll yolu istifadə etmək üçün BP-nin lisenziyasını yeniləyib. Bu barədə Bloomberg News xəbər verir “Şahdəniz” qaz-kondensat yatağını

0 baxışhaqqin.az
ABŞ BP-yə Azərbaycanda ruslar və iranlılarla işləməyə icazə verdi
Paylaş:

Birləşmiş Ştatlar Azərbaycanda böyük qaz layihəsində sanksiyaya məruz qalmış İran və Rusiya tərəfdaşlarının iştirakı ilə ödənişlərin həyata keçirilməsi üçün müvəqqəti həll yolu istifadə etmək üçün BP-nin lisenziyasını yeniləyib. Bu barədə Bloomberg News xəbər verir “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiuma Rusiyanın “Lukoyl” şirkəti və İranın NICO (İran Milli Neft Şirkəti) daxildir. Konsorsiumun operatoru 29,99% payla BP şirkətidir. 2025-ci ilin ortalarına olan məlumata görə, konsorsiumun səhmlərinin 19,99%-i Lukoil, 19%-i Türkiyənin TPAO-su, 19%-i Cənub Qaz Dəhlizi (səhmdarları SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyidir) 16,02%-i, NICO-nun 10%-i, Macarıstanın MVM-i 5%-i olub NICO lap əvvəldən Şahdəniz konsorsiumunda təmsil olunurdu. Nəşr qeyd edir ki, ABŞ sanksiyaları altında İran şirkətinin Xəzər dənizindəki böyük Azərbaycan qaz-kondensat yatağında iştirakı “Vaşinqtonla razılaşdırılıb”. ABŞ BP-yə bu konsorsiumda İran şirkəti ilə işləməyə icazə verdi Rusiyanın “Lukoyl” şirkətinə ötən il prezident Donald Tramp tərəfindən sanksiya tətbiq edilib. Daha sonra ABŞ hökuməti şirkətə xarici aktivlərini, o cümlədən Azərbaycandakı aktivlərini satmaq üçün vaxt verib. Lakin “Lukoyl” hələlik bu aktivlərə alıcı tapmayıb

Kaynak: haqqin.az

Diğer Haberler