Cozef Aun Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Livan Respublikasının Prezidenti general Cozef Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb 525.az xəbər verir ki, məktubda deyilir: Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram

Livan Respublikasının Prezidenti general Cozef Aun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb 525.az xəbər verir ki, məktubda deyilir: Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Livan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, şəxsi rifah, müdrik rəhbərliyinizlə dost Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram Birlik və əməkdaşlıq dəyərlərini təcəssüm etdirən bu bayram qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, xalqlarımızın, ölkələrimizin rifahı və mənafeyi naminə yeni nailiyyətlərin qazanılması məqsədilə birgə səylərimizin gücləndirilməsi baxımından bir fürsətdir Zati-aliləri, ən yüksək ehtiramımı və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm"


