Tenqri
Ana Səhifə
Dünya

Azərbaycan və Yunanıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bu gün Afinada Azərbaycan və Yunanıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Xarici İşlər Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, məsləhətləşmələrə xarici işlər nazirinin müavinləri Fariz Rzayev və Aleksandra Papadopulu başçılıq ediblər

0 baxışcaliber.az
Azərbaycan və Yunanıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
Paylaş:

Bu gün Afinada Azərbaycan və Yunanıstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib Xarici İşlər Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, məsləhətləşmələrə xarici işlər nazirinin müavinləri Fariz Rzayev və Aleksandra Papadopulu başçılıq ediblər Görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi dialoqun hazırkı vəziyyəti nəzərdən keçirilib, müxtəlif səviyyələrdə müntəzəm qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəflər ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində qarşılıqlı fəaliyyətə toxunub, beynəlxalq təşkilatlar çərçivəsində təmas və əməkdaşlığın davam etdirilməsindən məmnunluq ifadə ediblər Yunanıstan tərəfinə regiondakı vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minalardan təmizləmə işləri barədə məlumat verilib. Həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Kaynak: caliber.az

Diğer Haberler