Tenqri
Ana Səhifə
Dünya

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Bu ilin aprel-may aylarında baş verən sürüşmələrin sosial-iqtisadi nəticələri ciddi olub. Bir sıra rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlar istifadəyə yararsız vəziyyətə düşüb, meyvə bağları və əkin sahələri zərər görüb. Kənd yollarının bağlanması ucqar yaşayış məntəqələrinin nəqliyyat əlçata

0 baxışazertag.az
Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır
Paylaş:

Bu ilin aprel-may aylarında baş verən sürüşmələrin sosial-iqtisadi nəticələri ciddi olub. Bir sıra rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlar istifadəyə yararsız vəziyyətə düşüb, meyvə bağları və əkin sahələri zərər görüb. Kənd yollarının bağlanması ucqar yaşayış məntəqələrinin nəqliyyat əlçatanlığını zəiflədib. Elektrik, qaz və rabitə xətlərinin keçdiyi bəzi yamaclarda təhlükə yarandığından fövqəladə xidmətlər tərəfindən təxirəsalınmaz müdaxilə tədbirləri həyata keçirilib Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev bildirib Onun sözlərinə görə, bir çox hallarda yerli icra strukturları və aidiyyəti qurumlar tərəfindən torpaq-bərkitmə işləri aparılıb, drenaj xətlərinin açılması və əhalinin təhlükəli zonalardan uzaqlaşdırılması istiqamətində tədbirlər görülüb N.Paşayev qeyd edib ki, iqlim dəyişmələrinin təsiri altında Azərbaycanda ekstremal yağıntı sürüşmə risklərini də artırıb. Xüsusilə dağlıq ərazilərdə hidroloji rejimin dəyişməsi yamac sistemlərinin dayanıqlığını zəiflədir Alimin fikrincə, geoloji monitorinq şəbəkəsinin genişləndirilməsi, yüksəkriskli zonaların rəqəmsal xəritələrinin hazırlanması, yamac drenaj sistemlərinin yenilənməsi və tikinti normalarının sərtləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, sürüşmə təhlükəsi olan yaşayış məntəqələrində erkən xəbərdarlıq sistemlərinin tətbiqi və geomühəndis tədbirlərin gücləndirilməsi gələcək risklərin azaldılması üçün əsas prioritetlərdən biri hesab olunmalıdır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır | Tenqri