Tenqri
Ana Səhifə
Dünya

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Bu ilin may ayında müşahidə olunan intensiv yağıntılar nəticəsində Azərbaycanın dağlıq magistral yollarında geodinamik proseslər kəskin aktivləşib. Ən təhlükəli hadisələrdən biri Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımı hissəsində, eləcə də İsmayıllı–Lahıc avtomobil yolunun Lahıc–Namazgah k

0 baxışazertag.az
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
Paylaş:

Bu ilin may ayında müşahidə olunan intensiv yağıntılar nəticəsində Azərbaycanın dağlıq magistral yollarında geodinamik proseslər kəskin aktivləşib. Ən təhlükəli hadisələrdən biri Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımı hissəsində, eləcə də İsmayıllı–Lahıc avtomobil yolunun Lahıc–Namazgah kəndləri arasındakı sahəsində qeydə alınıb Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutundan məlumat verilib Mütəxəssislərin ilkin qiymətləndirmələrinə əsasən, bu sürüşmələr həm regional nəqliyyat sisteminə, həm də dağ kəndlərinin əlaqəsinə ciddi təsir göstərib. Ağsu aşırımı hissəsində sürüşən torpaq və qaya kütləsinin həcmi minlərlə kubmetr olub. Yol örtüyündə yaranan deformasiya bəzi hissələrdə asfalt qatının qopmasına və yol yatağının aşağı hissəyə doğru çökməsinə səbəb olub. Magistral yolun bu hissəsi Bakı ilə şimal-qərb rayonlarını birləşdirən əsas tranzit arteriyalardan biri olduğuna görə hadisə nəqliyyat axınında ciddi ləngimələr yaradıb. Geoloqlar qeyd ediblər ki, Ağsu aşırımı ərazisində sürüşmə təhlükəsi uzunmüddətli xarakter daşıyır və burada mühəndis-drenaj sistemlərinin yenilənməsinə ciddi ehtiyac vardır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler