Coğrafiyaçı-alim aqroekoloji riskin artma səbəblərindən danışıb
Abşeron yarımadasında son yağıntılar nəticəsində kənd təsərrüfatı sahələrində, xüsusilə bağçılıq, tərəvəzçilik və istixana təsərrüfatlarında ciddi zərərlər qeydə alınıb Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri dokt

Abşeron yarımadasında son yağıntılar nəticəsində kənd təsərrüfatı sahələrində, xüsusilə bağçılıq, tərəvəzçilik və istixana təsərrüfatlarında ciddi zərərlər qeydə alınıb Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev AZƏRTAC-a bildirib ki, subasma və suyun yığılması əsasən kanalizasiya və drenaj sistemlərinin zəif olduğu ərazilərdə baş verib. Binə, Sabunçu və Abşeronun kənd yaşayış massivlərində torpaq sahələri və həyətlər su altında qalıb Nəticədə əkilmiş tərəvəz və yem bitkiləri məhv olub, torpaqda oksigen çatışmazlığı səbəbindən bitki kökləri zədələnib. İstixana təsərrüfatlarında məhsul itkisi baş verib, torpağın yuyulması və strukturunun pozulması müşahidə olunub, suvarma və drenaj infrastrukturu yararsız hala düşüb N.Paşayev qeyd edib ki, yağıntılar torpağın münbit üst qatını yumşaldıb, bəzi sahələrdə lil və çöküntü toplanıb, bu isə torpağın fiziki və kimyəvi xüsusiyyətlərində dəyişikliklər yaradaraq gələcək əkin mövsümləri üçün aqroekoloji riskləri artırıb Eyni zamanda, infrastruktur sahələrinə də ziyan dəyib, ərazilərin normal fəaliyyətinə mənfi təsir göstərilib. Bildirilib ki, su basma halları əsasən mühəndis-texniki baxımdan zəif təmin olunub, drenaj sistemləri qeyri-kafi olan ərazilərdə qeydə alınıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
