COP31 əsas diqqəti iqlim tədbirlərinin həyata keçirilməsinə yönəldəcək
COP31 əsas diqqəti iqlimlə bağlı öhdəliklərin həyata keçirilməsinə yönəldəcək Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlx

COP31 əsas diqqəti iqlimlə bağlı öhdəliklərin həyata keçirilməsinə yönəldəcək Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in prezidenti Murat Kurum Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfransa videomüraciətində deyib “Ən qiymətli sərvətimiz olan ətraf mühit uğrunda mübarizə eyni zamanda Vətənə, insana məhəbbətdir, torpağı, suyu, havanı, gələcək nəsilləri qorumaq istəyidir COP30 ərzində biz hər addımda bu anlayışla hərəkət etmişik. Biz xüsusilə Bakı Məqsədi fonunda COP29-da götürülmüş öhdəliklərin icrasını yaxından izləyəcəyik. Çünki çoxtərəfli əməkdaşlığa etimad məqsəd qoymaqla deyil, vədlərə əməl etmək və onların əməli şəkildə həyata keçirilməsi, eləcə də insanların həyatına təsir edən konkret nəticələrlə təmin edilir Bu anlayışla COP31 yeni öhdəliklərin müzakirə edildiyi bir zirvədən daha çox olacaq. COP31 fəaliyyət, əməkdaşlıq və konkret nəticələrin ön planda olacağı konfrans olacaq. Dünya artıq yalnız vədləri eşitmək istəmir - onların yerinə yetirildiyini görmək istəyir Uğurun açarı cəmiyyətin bütün təbəqələrini bu prosesə cəlb etməkdir. Hesab edirəm ki, hökumətlərdən tutmuş yerli hakimiyyət orqanlarına, özəl sektordan tutmuş akademiyaya, gənclərdən qadınlara, vətəndaş cəmiyyətindən tutmuş maliyyə sektoruna qədər hər kəs bu transformasiyanın bir hissəsi olmalıdır” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


