Tenqri
Ana Səhifə
Dünya

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

COP31 Sədrliyi qlobal enerji keçidini sürətləndirmək məqsədilə yeni “35x35” təşəbbüsünü təqdim edib. Təşəbbüsə əsasən, elektrik enerjisinin qlobal enerji tələbatındakı payının hazırkı 20 faizdən bir qədər çox səviyyədən 2035-ci ilədək 35 faizə çatdırılması nəzərdə tutulur AZƏRTAC xəbər verir ki, bu

0 baxışazertag.az
COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir
Paylaş:

COP31 Sədrliyi qlobal enerji keçidini sürətləndirmək məqsədilə yeni “35x35” təşəbbüsünü təqdim edib. Təşəbbüsə əsasən, elektrik enerjisinin qlobal enerji tələbatındakı payının hazırkı 20 faizdən bir qədər çox səviyyədən 2035-ci ilədək 35 faizə çatdırılması nəzərdə tutulur AZƏRTAC xəbər verir ki, bu barədə COP31 Prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bonn İqlim Dəyişikliyi Konfransında çıxışı zamanı məlumat verib Murat Kurum qeyd edib ki, nəqliyyat, binalar və sənaye sektorlarında fosil yanacaqlardan təmiz elektrik enerjisinə keçidin sürətləndirilməsi həm emissiyaların azaldılmasına, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək COP31 Sədrliyinin fəaliyyət gündəminə daxil edilən digər hədəflər arasında 2035-ci ilədək qlobal tullantı artımının yarıya endirilməsi və bina sektorunda enerji istehlakı intensivliyinin ən azı 25 faiz azaldılması da yer alır. Bu təşəbbüslər şəhərlərin iqlim dəyişikliklərinə davamlılığının artırılması və resurslardan daha səmərəli istifadə məqsədi daşıyır Murat Kurum bildirib ki, müxtəlif ölkələrin fərqli inkişaf səviyyələri nəzərə alınacaq və xüsusilə, inkişaf etməkdə olan iqtisadiyyatlara texniki, institusional və maliyyə dəstəyi göstərilməsi istiqamətində əməkdaşlıq genişləndiriləcək COP31 Sədrliyi, həmçinin Avstraliya ilə birlikdə Beynəlxalq Enerji Agentliyinə xüsusi hesabatlar hazırlamağı tapşırıb. Hesabatlarda qlobal elektrikləşmə hədəfinə nail olunmasının yolları, eləcə də tullantıların azaldılmasının iqtisadi və ekoloji faydaları qiymətləndiriləcək Ekspertlər hesab edirlər ki, elektrikləşmənin sürətlənməsi enerji sistemlərinin dayanıqlığını artırmaqla yanaşı, ölkələrin kömür, neft və qazdan asılılığını azaltmağa, enerji xərclərini aşağı salmağa və iqlim məqsədlərinə yaxınlaşmağa imkan verəcək Qeyd edək ki, Bonn İqlim Dəyişikliyi Konfransı çərçivəsində Murat Kurum “COP31 Ev Sahibi Ölkə Sazişi”ni imzalayıb və Türkiyənin sədrliyi ilə bağlı müzakirələri davam etdirib. O, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still ilə birlikdə protokolu imzalayıb və sözügedən təşkilatın katibliyi ilə konstruktiv əməkdaşlığın qarşıdakı dövrdə də artmağa davam edəcəyini bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler