Tenqri
Ana Səhifə
Dünya

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

İqlim dəyişikliyi ilə mübarizə və enerji keçidi son illərdə ətraf mühit siyasətinin hüdudlarını aşaraq təhlükəsizlik və xarici siyasət gündəminin də prioritet mövzularından birinə çevrilib. Bu kontekstdə əvvəlcə Azərbaycanın, qısa müddət sonra isə Türkiyənin qlobal iqlim prosesində ön plana çıxması

0 baxışazertag.az
COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı
Paylaş:

İqlim dəyişikliyi ilə mübarizə və enerji keçidi son illərdə ətraf mühit siyasətinin hüdudlarını aşaraq təhlükəsizlik və xarici siyasət gündəminin də prioritet mövzularından birinə çevrilib. Bu kontekstdə əvvəlcə Azərbaycanın, qısa müddət sonra isə Türkiyənin qlobal iqlim prosesində ön plana çıxması region baxımından diqqətçəkən hadisədir. COP29 və COP31 təcrübələrini bu çərçivədə nəzərdən keçirməklə iki ölkə arasındakı əməkdaşlığın daşıdığı mənanı daha aydın şəkildə göstərmək olar Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) İqlim Dəyişikliyi və Ətraf Mühit Proqramının tədqiqatçısı doktor Çağla Vural səsləndirib Azərbaycanın ev sahibliyi etdiyi COP29-un əsasən iqlim maliyyəsi mövzusu ilə yadda qaldığını deyən Çağla Vural xatırladıb ki, sammitdə müzakirə olunan inkişaf etməkdə olan ölkələrə ayrılacaq maliyyənin artırılması məsələsi beynəlxalq gündəmdə daha cəlbedici mövqe qazandı. Enerji istehsalçısı olan bir ölkənin bu tədbirə ev sahibliyi etməsi bu statusdakı dövlətlərin də iqlim danışıqlarında söz sahibi ola biləcəyini göstərmək baxımından əhəmiyyətli oldu. COP29, həmçinin Cənubi Qafqaz və Xəzər hövzəsini qlobal iqlim gündəmi ilə daha sıx əlaqələndirdi. Bakıdakı sammitdən sonra prosesin ötən il Braziliyada COP30 ilə davam etməsi və bu il Antalyada keçiriləcək COP31 ilə estafetin Türkiyəyə ötürülməsi iqlim diplomatiyası baxımından mühüm varislik (ardıcıllıq) imkanı yaradır Coğrafi cəhətdən bir-birinə yaxın iki ölkənin qısa fasilə ilə bu prosesə daxil olması regionun prioritetlərinin beynəlxalq arenada daha güclü şəkildə təqdim edilməsini təmin edə bilər. Beləliklə, Bakıda güclənən iqlim gündəmi xüsusilə ədalətli enerji keçidi və enerji təhlükəsizliyi məsələlərində Antalyada bir addım irəli aparılmaq fürsəti qazanacaq. Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkənin iqlim diplomatiyasındakı nüfuzunu artıracaq və “2053-cü il xalis sıfır emissiya” hədəfi istiqamətində atdığı addımları qlobal səviyyədə daha nəzərəçarpan edəcək. Avropa ilə Asiya arasındakı coğrafi və strateji mövqeyi Türkiyəni bu prosesdə qlobal iqlim diplomatiyasında müxtəlif tərəflər arasında körpü qura biləcək və yaşıl transformasiyanı sürətləndirəcək aktora çevirir “Bu ardıcıllığın ən konkret təzahürlərindən biri Azərbaycan ilə Türkiyənin yaşıl enerji sahəsindəki əməkdaşlığıdır. Münasibətlər uzun müddət neft və təbii qaza əsaslanan istiqamət üzrə inkişaf edib və iki ölkə enerji dəhlizləri vasitəsilə bir-birinin imkanlarını qarşılıqlı şəkildə zənginləşdirib. Bu gün eyni tərəfdaşlıq bərpaolunan enerji üzərindən yenidən qurulur. Azərbaycan Xəzərdəki külək potensialı və yaşıl enerji zonası kimi planlaşdırdığı ərazilərdəki Günəş enerjisi layihələri ilə bu prosesə resurs baxımından töhfə verir. Türkiyə isə bərpaolunan enerjidə təkmil şəbəkə infrastrukturu və böyüyən yerli istehsal potensialı ilə tərəfdaşlığa güclü texniki baza qazandırır. İki ölkənin bu fərqli üstünlükləri birləşdikdə region üçün əhəmiyyətli bir ortaq dəyər yarana bilər. Bu enerjinin Avropa bazarlarına çıxarılmasına yönəlmiş layihələr də əməkdaşlığa strateji dərinlik qatır”, - deyə o əlavə edib Tədqiqatçı vurğulayıb ki, bu əməkdaşlığın təsiri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Çünki su ehtiyatlarının idarə edilməsi, transsərhəd çirklənmə və təbii fəlakətlərə qarşı davamlılıq kimi məsələlər heç bir ölkənin təkbaşına həll edə biləcəyi problemlər deyil. Bu səbəbdən Azərbaycan və Türkiyənin iqlim siyasətində birlikdə hərəkət etməsi Cənubi Qafqaz və Xəzər hövzəsindəki sabitliyə töhfə verə biləcək amil kimi mühüm əhəmiyyət daşıyır “İki ölkənin yaşıl enerji, ətraf mühit təhlükəsizliyi və iqlim siyasəti sahələrindəki müştərək fəaliyyəti regionun gələcəyi üçün strateji əhəmiyyətə malikdir. Bu əməkdaşlığın əsl önəmi regionu, sadəcə, bir enerji keçidi marşrutu olmaqdan çıxararaq, yaşıl enerjini istehsal və ixrac edən mərkəzə çevirmək potensialındadır. Bu transformasiyanın iqtisadi artım, məşğulluq və enerji təhlükəsizliyi ilə birlikdə vahid kontekstdə nəzərdən keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə də birbaşa töhfə verəcək. COP31 regional əməkdaşlığın dərinləşdirilməsi və bu potensialın real öhdəliklərə çevrilməsi üçün olduqca əlverişli zəmin yaradır”, - deyə o qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler