Tenqri
Ana Səhifə
Dünya

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Code for Future” layihəsinin 2025–2026-cı tədris ili üzrə bağlanış tədbiri keçirilib Bu barədə AZƏR

0 baxışazertag.az
“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər
Paylaş:

İyunun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Code for Future” layihəsinin 2025–2026-cı tədris ili üzrə bağlanış tədbiri keçirilib Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Tədbirdə universitet rəhbərliyi, “Alqoritmika” şirkətinin nümayəndələri, layihə çərçivəsində tədris prosesində iştirak edən təlimçilər və tələbələr iştirak ediblər Tədbirdə çıxış edən strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva “Code for Future” layihəsinin müasir müəllim hazırlığı baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, rəqəmsal bacarıqlar və alqoritmik düşüncə artıq gələcəyin müəllimi üçün əlavə üstünlük deyil, peşəkar hazırlığın vacib komponentidir. ADPU-da bu layihənin beşinci dəfə həyata keçirilməsi isə universitetin rəqəmsal təhsil, innovativ pedaqogika və əmək bazarının tələblərinə uyğun müəllim hazırlığı istiqamətində ardıcıl fəaliyyətinin göstəricisidir K.Pirverdiyeva layihənin icrasına göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə və “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinə təşəkkürünü bildirib Daha sonra layihə rəhbəri Nəzrin Əliyeva cari tədris ili ərzində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. N.Əliyeva bildirib ki, 2025–2026-cı tədris ili ərzində layihədə ümumilikdə 106 tələbə iştirak edib, təlimlər üzrə 87 faiz ümumi performans və 90 faiz davamiyyət göstəricisi qeydə alınıb. Həmçinin tədris ili ərzində tələbələrin inkişafına və fəallığının artırılmasına yönəlmiş 4 dərsdənkənar tədbir təşkil olunub Tədbir 2025–2026-cı tədris ili üzrə layihə məzunlarına sertifikatların təqdim edilməsi ilə yekunlaşıb Qeyd edək ki, “Code for Future” layihəsi gələcək müəllimlərin informatika fənninin tədrisində innovativ və effektiv yanaşmaları mənimsəməsini, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsini hədəfləyən təşəbbüsdür. Layihə çərçivəsində tələbələrin həm texniki bilikləri, həm də praktik bacarıqları gücləndirilir, onların tədris prosesində müasir texnologiyalardan səmərəli istifadə vərdişləri formalaşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler