Tenqri
Ana Səhifə
Dünya

Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib

Cənubi Koreyanın milli valyutası olan vonun ABŞ dollarına olan məzənnəsi 1561,5-ə düşüb. Bu, vonun 2009-cu ildən - qlobal maliyyə böhranı dövründən bəri dollara qarşı ən aşağı məzənnəsidir AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, xarici investorların Koreya səhmlərini satmağa davam

0 baxışazertag.az
Cənubi Koreyanın milli valyutasının məzənnəsi son 17 ildə ən aşağı həddə enib
Paylaş:

Cənubi Koreyanın milli valyutası olan vonun ABŞ dollarına olan məzənnəsi 1561,5-ə düşüb. Bu, vonun 2009-cu ildən - qlobal maliyyə böhranı dövründən bəri dollara qarşı ən aşağı məzənnəsidir AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, xarici investorların Koreya səhmlərini satmağa davam etməsi və Yaxın Şərqdəki uzunmüddətli münaqişə vona təzyiqləri artırıb Bundan başqa, dolların möhkəmlənməsi də Koreya valyutasının ucuzlaşmasını sürətləndirib. İyunun 5-də açıqlanan ABŞ məşğulluq hesabatı göstərir ki, əmək bazarı şərtləri mayda gözləniləndən daha güclü olaraq qalıb və bu da ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək saxlaya biləcəyinə dair gözləntiləri gücləndirib. Bu məlumatlar dolları gücləndirib və 6 əsas valyutadan ibarət səbətə qarşı dolların dəyərini ölçən ABŞ Dollar İndeksi son 2 ayda ilk dəfə 100 həddini keçib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler