Cənubi Koreyada 20 ildən sonra ilk dəfə qadın baş nazir vəzifəsinə namizəd irəli sürülüb
Cənubi Koreya Prezidenti Li Cje Myon kiçik və orta müəssisələr və startap məsələləri üzrə nazir Han Son Suku Baş nazir təyin edib "Report"un məlumatına görə, bu barədə "Reuters" Prezident Ofisinə istinadən xəbər verib Əgər parlament təsdiqləsə, Han Son Suk Cənubi Koreyanın 20 ildən sonra ilk qadın

Cənubi Koreya Prezidenti Li Cje Myon kiçik və orta müəssisələr və startap məsələləri üzrə nazir Han Son Suku Baş nazir təyin edib "Report"un məlumatına görə, bu barədə "Reuters" Prezident Ofisinə istinadən xəbər verib Əgər parlament təsdiqləsə, Han Son Suk Cənubi Koreyanın 20 ildən sonra ilk qadın Baş naziri olacaq Prezident Administrasiyasının rəhbəri Kan Xun Sik brifinqdə bildirib ki, Cənubi Koreyanın internet nəhəngi "Naver"in keçmiş baş direktoru Son Sukun ölkənin süni intellektin tətbiqi prosesinə rəhbərlik edəcəyi gözlənilir "Han yarımkeçirici istehsal bumu və ixracatın artması ilə şərtlənən Cənubi Koreyanın iqtisadi artımını kiçik və orta müəssisələr də daxil olmaqla, hər kəsə təsir edəcək hərtərəfli böyüməyə çevirə biləcək", - o deyib Agentlik qeyd edir ki, Cənubi Koreyanın prezidentlik idarəetmə sistemində Baş nazirin rolu əsasən mərasim və inzibati xarakter daşıyır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


