Tenqri
Ana Səhifə
Dünya

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

İyunun 12-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışına həsr olunan təntənəli mərasim keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, universitetin və liseyin rəhbərliyi, müəllim heyəti

0 baxışazertag.az
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub
Paylaş:

İyunun 12-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılışına həsr olunan təntənəli mərasim keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, universitetin və liseyin rəhbərliyi, müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin muzeyi ziyarət olunub Sonra hərbi liseyin ərazisindəki C.Naxçıvanskinin büstü önünə gül dəstələri düzülüb Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibətilə məzunları təbrik edən MMU-nun rektoru general-mayor Gündüz Əbdülov onlara gələcək xidmətlərində uğurlar arzulayıb Buraxılış mərasiminin planına uyğun olaraq məzunlara hərbi liseyin döş nişanı təqdim edilib, tədrisdə və intizamda fərqlənən kursant tərəfindən rəmzi yaş kötüyünə məzun simvolu vurulub Daha sonra C.Naxçıvanski adına Hərbi Liseyin Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib, şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler