Tenqri
Ana Səhifə
İqtisadiyyat

“Kliklə-ödə” və görünməz ödənişlər maliyyə sektorunda əsas trendə çevriləcək – ABB Bank

BAKI, Azərbaycan, 9 iyun. ABB Bankın Rəqəmsal Ofisinin rəhbəri Mehmet Əli Savaş Bakıda keçirilən 10-cu Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti zamanı bildirib ki, "kliklə-ödə" və "görünməz ödənişlər" adlanan görünməz ödəniş sistemləri kimi yeni texnologiyalar yaxın illərdə maliyyə sektorunun əsas te

0 baxıştrend.az
“Kliklə-ödə” və görünməz ödənişlər maliyyə sektorunda əsas trendə çevriləcək – ABB Bank
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. ABB Bankın Rəqəmsal Ofisinin rəhbəri Mehmet Əli Savaş Bakıda keçirilən 10-cu Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti zamanı bildirib ki, "kliklə-ödə" və "görünməz ödənişlər" adlanan görünməz ödəniş sistemləri kimi yeni texnologiyalar yaxın illərdə maliyyə sektorunun əsas tendensiyalarından birinə çevriləcək Savas qeyd edib ki, Visa-nın bu istiqamətdə böyük yeniliklər tətbiq edəcəyi gözlənilir "Click-to-pay texnologiyaları xüsusilə görünməz ödənişlər sahəsində böyük imkanlar yaradır. Eyni zamanda, e-ticarət sektorunda ciddi dəyişikliklər olacaq", - o qeyd edib ABB rəsmisinin sözlərinə görə, onlayn alış-veriş zamanı kart nömrəsinin daxil edilməsi və ya kart məlumatının ayrıca paylaşılması kimi proseslər yaxın üç il ərzində tamamilə aradan qaldırıla bilər "Bu gün artıq dələduzluq hallarında ciddi azalma müşahidə olunur. Süni intellektin daha geniş tətbiqi və müxtəlif əməliyyatların eyni vaxtda təhlili ilə istifadəçilər üçün daha sürətli və qüsursuz xidmət formalaşacaq", - o vurğulayıb Savas həmçinin qeyd edib ki, blokçeyn texnologiyaları və zəncir əsaslı ödəniş sistemləri növbəti beş ildə maliyyə sektorunun əsas inkişaf istiqamətlərindən biri olacaq Onun fikrincə, real aktivlərin tokenləşdirilməsi qlobal maliyyə bazarında ən sürətlə inkişaf edən sahələrdən biridir "Bu istiqamətdə böyük potensial və böyük həcm var. Beynəlxalq hesabatlarda da qeyd olunur ki, bu bazar sürətlə inkişaf edir. Ümid edirəm ki, Azərbaycan bu prosesdən geri qalmayacaq", - ABB nümayəndəsi əlavə edib

Kaynak: trend.az

Diğer Haberler