Çuyda avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb. Onlardan dördü azyaşlı uşaqdır
Bişkek yaxınlığındakı Kaşka-Suu kəndində baş verən yol qəzasında 5 nəfər ölüb. Bu barədə Çuy vilayət polisi məlumat yayıb Məlumata görə, mayın 14-də axşam saatlarında Bişkek-Kaşka-Suu yolunda “Honda Torneo” markalı avtomobilin sürücüsü yüksək sürətlə 5 nəfəri vurub Ölənlərdən 4-ü 14, 6, 4 və 2 ya

Bişkek yaxınlığındakı Kaşka-Suu kəndində baş verən yol qəzasında 5 nəfər ölüb. Bu barədə Çuy vilayət polisi məlumat yayıb Məlumata görə, mayın 14-də axşam saatlarında Bişkek-Kaşka-Suu yolunda “Honda Torneo” markalı avtomobilin sürücüsü yüksək sürətlə 5 nəfəri vurub Ölənlərdən 4-ü 14, 6, 4 və 2 yaşlı uşaqlardır. Faktla bağlı cinayət işi başlanıb və avtomobilin 22 yaşlı sürücüsü həbs edilib Rəsmi məlumata görə, 2025-ci ildə Qırğızıstanda 8456 yol qəzası baş verib, 900 nəfər ölüb. Daha 12 min 169 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilir ki, qəzaların əsas səbəbləri avtomobili sürətlə idarə etmək, qarşı zolaqdan keçmək, içkili və avtomobili idarə etmək, bəzi magistralların tələblərə cavab verməməsidir


