Bir şey var: Trampın adamları nüvə alimləri ilə görüşüb
ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff və Amerika liderinin kürəkəni Cared Kushner İranla danışıqlar çərçivəsində iyunun 4-də Oak Ridge (Tennessi ştatı) Nüvə Milli Laboratoriyasında məsləhətləşmələr aparıblar. Bu barədə Axios portalı məlumat yayıb "Oak Ridge-dəki görüş sövdələşmənin baş tu

ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff və Amerika liderinin kürəkəni Cared Kushner İranla danışıqlar çərçivəsində iyunun 4-də Oak Ridge (Tennessi ştatı) Nüvə Milli Laboratoriyasında məsləhətləşmələr aparıblar. Bu barədə Axios portalı məlumat yayıb "Oak Ridge-dəki görüş sövdələşmənin baş tutacağı anlamına gəlmir. Lakin bu, danışıqların çox ciddi mərhələdə olduğuna işarədir və uğur qazanmaq üçün yaxşı şans var və biz hazır olmaq istəyirik", - ABŞ rəsmisi nəşrə deyib Nəşrdə təqdim edilən məlumata görə, Witkoff və Kuşner Oak Ridge-də, o cümlədən əvvəllər Omanda İranla danışıqlarda iştirak etmiş nüvə mütəxəssisləri ilə görüşüblər. Məsləhətləşmələr “İran sazişinin nələri əhatə edəcəyini texniki cəhətdən necə həyata keçirəcəyini bilən” əsas ABŞ nüvə ekspertləri ilə aparılıb”, - ABŞ rəsmisi bildirib


