Putin İrana ABŞ-la müharibə üçün nə təklif etdi? - The Economist
Rusiya İranı Fars körfəzindəki ABŞ qoşunlarına hücum etmək üçün elektron müharibəyə qarşı immunitetə malik minlərlə fiber-optik dronla silahlandırmağı təklif edib “The Economist”in Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sənədinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin şə

Rusiya İranı Fars körfəzindəki ABŞ qoşunlarına hücum etmək üçün elektron müharibəyə qarşı immunitetə malik minlərlə fiber-optik dronla silahlandırmağı təklif edib “The Economist”in Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sənədinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin şəxsən Tehrana Amerika əsgərlərinə qarşı bu cür pilotsuz təyyarələrin istifadəsi üzrə təlimlər təklif edib. Gizli plana 5 min qısa mənzilli dron, eləcə də daha uzun mənzilli peyklə idarə olunan sistemlərin tədarükü daxildir QRU-nun 10 səhifəlik layihəsinə görə, plan müharibənin ilk həftələrində, ABŞ-ın İrana qurudan müdaxiləsi ehtimalının nəzərdən keçirildiyi vaxt hazırlanıb. Sənəddə diaqramlar və İran sahillərində yerləşən adaların xəritəsi, o cümlədən ABŞ ordusunun ələ keçirməyi planlaşdırdığı mühüm Xərq neft terminalı var idi. Bir diaqram, Rusiyada təlim keçmiş operatorların Amerika amfibiya gəmilərinə hücum etmək üçün gizli mövqelərdən beş və ya altı pilotsuz təyyarə dəstəsini necə işə sala biləcəyini göstərir. QRU Rusiya universitetlərində təhsil alan təxminən 10 min iranlı tələbədən, həmçinin devrilmiş Bəşər Əsəd rejiminə sadiq olan taciklər və suriyalı ələvilər arasından operatorların cəlb edilməsini təklif edib Martın sonunda Qərb kəşfiyyatı xəbər verdi ki, Rusiya İrana özünün Şahed pilotsuz təyyarələrinin hava hücumundan müdafiə sistemlərindən yan keçmək üçün daha uyğun olan modernləşdirilmiş versiyalarını göndərməyə hazırlaşır. Qərb kəşfiyyatının nümayəndəsi, CNN-ə müsahibəsində iddia etdi ki, Rusiya artıq Ukraynada işlənmiş pilotsuz təyyarələrdən istifadə taktikasını İrana öyrədir: bir neçə cihazın "dalğalarını" işə salır, kursu daim dəyişir, bu da onlara hava hücumundan müdafiə sistemlərini aşmağa imkan verir


