İran və ABŞ arasında danışıqların dörd nöqtəsi
“The New York Times” Amerika rəsmiləri arasındakı mənbələrə istinadən yazır ki, ABŞ və İran son həftələr müharibəyə son qoymaq üçün mümkün razılaşmanın dörd əsas elementi üzərində danışıqlar aparır Nəşrin həmsöhbətləri danışıqların dörd əsas məqamını qeyd ediblər Uranın zənginləşdirilməsinin uzun

“The New York Times” Amerika rəsmiləri arasındakı mənbələrə istinadən yazır ki, ABŞ və İran son həftələr müharibəyə son qoymaq üçün mümkün razılaşmanın dörd əsas elementi üzərində danışıqlar aparır Nəşrin həmsöhbətləri danışıqların dörd əsas məqamını qeyd ediblər Uranın zənginləşdirilməsinin uzunmüddətli dayandırılması Bir neçə aydır ki, ABŞ İrandan uranın ən azı 20 il zənginləşdirilməsini dayandırmağı tələb edib. İran 10 illik moratorium təklif etməklə cavab verdi, lakin ABŞ rəsmiləri hesab edir ki, nəticədə 15 illik müddət razılaşdırıla bilər Uranın zənginləşdirilməsinin “azaldılması” ABŞ İranın əlində olan uranın zənginləşdirilməsi səviyyəsini azaltmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etmək və bunda fəal rol oynamaq niyyətindədir. Tehran isə ABŞ-ın yalnız müşahidəçi ola biləcəyini təkid edir. İran hakimiyyəti öz uran ehtiyatlarından imtina etməyə hazır olduqlarını açıq şəkildə təsdiqləməyib İranın nüvə obyektlərinin sökülməsi ABŞ İrandan Natanz, Fordo və İsfahandakı üç əsas nüvə obyektini ləğv etməyi tələb edir. Onlar keçən il Amerikanın “Gecəyarısı çəkic” əməliyyatı çərçivəsində vurulub. İran iki saytın sökülməsini müzakirə edib, lakin qismən "zənginləşdirmə hüququnun" qorunduğunu nümayiş etdirmək üçün birini açıq saxlamaqda israr edir İran sürpriz yoxlamalara razıdır Birləşmiş Ştatlar tələb edir ki, beynəlxalq müfəttişlər istənilən vaxt İranın istənilən yerində plandankənar yoxlamalar apara bilsinlər. Nəşr qeyd edir ki, bir çox şübhəli nüvə obyektləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi bazalarında yerləşir və burada müfəttişlərə nadir hallarda icazə verilirdi Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla iki həftə ərzində razılaşma əldə olunacağını bildirmişdi. “Bu, tam qələbə olacaq, çox yaxında gələcək və neftin qiyməti aşağı düşəcək”, o vurğulayıb. Tramp həmçinin etiraf edib ki, Vaşinqton və Tehran arasında “substantiv” danışıqlar uğursuz olarsa, Amerika tərəfi hərbi problemləri həll etmək və ya İranın blokadasını davam etdirmək üçün xüsusi təyinatlıların desantını təşkil edə bilər


