Tenqri
Ana Səhifə
Dünya

Azərbaycandan olan dünya çempionları Avropa çempionatının finalına yüksəlib

Futzal üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının yarımfinal matçına çıxıb Finala vəsiqə uğrunda görüşdə hazırkı dünya çempionu olan azərbaycanlı futbolçular hazırkı Avropa çempionu Serbiya ilə üz-üzə gəlib Qarşılaşmada hesabı 12-ci dəqiqədə Xətai B

0 baxışhaqqin.az
Azərbaycandan olan dünya çempionları Avropa çempionatının finalına yüksəlib
Paylaş:

Futzal üzrə Azərbaycan yığması Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının yarımfinal matçına çıxıb Finala vəsiqə uğrunda görüşdə hazırkı dünya çempionu olan azərbaycanlı futbolçular hazırkı Avropa çempionu Serbiya ilə üz-üzə gəlib Qarşılaşmada hesabı 12-ci dəqiqədə Xətai Bağırov açıb. Serblər 7 dəqiqə sonra tarazlığı bərpa etdilər - Marko Vuzoviç fərqləndi. Oyun vaxtı, 50 dəqiqə, heç-heçə bitdi - 1:1. Penaltilər seriyasında isə Azərbaycan komandası daha dəqiq olub - 3:1. Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarov dəqiq zərbələr endiriblər. Qapıçı Vəli Qafarov isə serblərin bir zərbəsini dəf edə bildi Azərbaycan finalda bu gün yarımfinalda Macarıstana qalib gələn Ukrayna ilə qarşılaşacaq - 5:1 Final iyunun 4-də baş tutacaq və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq Xatırladaq ki, Elşad Quliyevin yetirmələri qrup mərhələsində Avstriyanı (1:0), İtaliyanı (3:0) və Fransanı (3:2), 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub etmişdi

Kaynak: haqqin.az

Diğer Haberler