Tenqri
Ana Səhifə
Dünya

Pekində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı xeyriyyə tədbiri keçirilib (FOTO)

BAKI, Azərbaycan, 8 may 2026-cı il mayın 8-də Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib Əvvəlcə ulu öndər Heydər Əliyevin səfirlikdəki b

0 baxıştrend.az
Pekində ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı xeyriyyə tədbiri keçirilib (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 may 2026-cı il mayın 8-də Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib Əvvəlcə ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Mərasimdə çıxış edən səfir Bünyad Hüseynov çevik manevrlər və taktiki gedişlərlə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və prioritetlərini müəyyənləşdirərək müstəqil Azərbaycanın uğurlu xarici siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğunu bildirib. Ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alan, dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verən Heydər Əliyev 1994-cü il martın 7-10-da Çin Xalq Respublikasına rəsmi səfər etmiş, burada mühüm görüşlər keçirmişdir. Onun təşəbbüsü ilə Azərbaycanın Çində səfirliyi yaradılıb Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən siyasət sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilmiş, ölkəmiz regionun sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələr də hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələr hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində mərhəməti, humanizmi, mənəvi dəyərləri hər şeydən üstün tutmuşdur. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu bu gün öz fəaliyyətini məhz Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri üzərində qurur. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsləri göstərir ki, xeyriyyəçilik təkcə yardım göstərmək deyil, həm də insanlarda ümid yaratmaq, inam yaratmaqdır. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr minlərlə insanın həyatına toxunur, onları daha sağlam, daha savadlı və təhlükəsiz gələcəyə aparır. Bu baxımdan Heydər Əliyev Fondunun uşaqlara və xəstələrə yönəlmiş layihələri təkcə dəstək deyil, həm də insanlara verilən ümid və həyata açılan yeni qapıdır. Heydər Əliyev Fondunun fəaliyyəti təkcə dövlət sərhədləri ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə həyata keçirilən humanitar layihələr Azərbaycanı dünyada humanizm və həmrəylik dəyərlərinin daşıyıcısı kimi təqdim edir. Bütün bu tədbirlər onu göstərir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən xeyriyyə təşəbbüsləri sadəcə layihələr toplusu deyil, insanlara xidmət edən missiya və gələcəyə yönəlmiş qlobal həmrəylik modelidir Daha sonra səfirliyin əməkdaşları xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial reabilitasiya və adaptasiya xidmətləri göstərən, onların cəmiyyətə inteqrasiyasına dəstək verən Pekin Uşaq Rifah Müəssisəsinə baş çəkiblər. Pekin Uşaq Rifah Müəssisəsinin rəhbəri Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək bildirmişdir ki, "Biz belə mərhəmətli təşəbbüsə görə Heydər Əliyev Fonduna və Azərbaycan xalqına minnətdarıq. Şəfqət sərhəd tanımır, Azərbaycandan bu uşaqlara burada hərarət gətirməyiniz, buradakı dağları, çayları aşaraq, mehriban hisslər yaradırsınız. Heydər Əliyev kimi dahi şəxsiyyət qurumumuzun sakinlərini sevindirir, onlarda özünəinam hissini artırır” Sonda müəssisədə müalicə alan uşaqların işlə təmin olunması üçün xüsusi lövhələr, süni intellektə əsaslanan nağıl danışa bilən və rəqs edə bilən oyuncaqlar təqdim olunub

Kaynak: trend.az

Diğer Haberler