Tenqri
Ana Səhifə
Siyasət

Ceyhun Bayramov və Kallas Azərbaycan-Aİ münasibətlərinin vəziyyətini nəzərdən keçirib - YENİLƏNİB-1

5 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb XİN-dən APA-ya verilən xəbərə görə, tərəflər aras

0 baxışapa.az
Ceyhun Bayramov və Kallas Azərbaycan-Aİ münasibətlərinin vəziyyətini nəzərdən keçirib - YENİLƏNİB-1
Paylaş:

5 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb XİN-dən APA-ya verilən xəbərə görə, tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivlərini ətraflı nəzərdən keçiriblər Siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan ilə normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına sadiqliyi bir daha vurğulanıb Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunub Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaya Kallas arasında geniştərkibli görüş keçirilib APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib Görüşdə tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər. Müzakirələr siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin genişləndirilməsi istiqamətlərini əhatə edib. Müzakirələrdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi rolu xüsusi vurğulanıb, eyni zamanda bərpa olunan enerji sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib Bununla yanaşı, görüşdə ticarət və investisiya imkanları, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika bağlantıları, xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri müzakirə olunub Tərəflər, həmçinin, regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunublar. Post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, humanitar minatəmizləmə fəaliyyəti və Cənubi Qafqazda normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə davamlı sülh və sabitliyin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanıb Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır “Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - məlumatda qeyd olunub

Kaynak: apa.az

Diğer Haberler