Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb Bildirilib ki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb Bildirilib ki, Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib Görüş zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Siyasi dialoq, iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, ticarət, investisiyalar, təhsil, humanitar sahələr və regional təhlükəsizlik məsələləri müzakirə olunan əsas mövzular sırasında yer alıb Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər Görüş zamanı tərəflər regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, postmünaqişə dövründə bölgədə aparılan bərpa və yenidənqurma işləri, eləcə də digər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar Səfir Fergus Auld Azərbaycanda fəaliyyəti dövründə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. Ceyhun Bayramov səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

CHP-dən AKP-yə keçən Burcu Köksal: Afyonkarahisarın problemlərini daha tez yekunlaşdırmaq və investisiyaları reallaşdırmaq üçün yeni dövrə başladım | T24

İMM işində 37-ci gün | Seza Büyükçulha, İmamoğlunun uşaqlıq dostu: Tam bir il günahsız olduğum halda məni yatağa qoymağın günahını necə daşıyırsan? | T24
