Tenqri
Ana Səhifə
Siyasət

Ceyhun Bayramov: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir- ƏLAVƏ OLUNUB

Azərbaycan Yaponiyanın bütün vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir "Report" Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Motegi ilə danışıqların yekunlar

0 baxışreport.az
Ceyhun Bayramov: Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir- ƏLAVƏ OLUNUB
Paylaş:

Azərbaycan Yaponiyanın bütün vətəndaşları üçün vizasız rejim tətbiq etmək niyyətindədir "Report" Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov Tokioda yaponiyalı həmkarı Toşimitsu Motegi ilə danışıqların yekunları üzrə bildirib "Nazir Ceyhun Bayramov Azərbaycanın ölkəmizə səfər edən bütün Yaponiya vətəndaşları üçün vizasız rejimi tətbiq etmək niyyətində olduğunu bildirib və bu təşəbbüsü səfərlərin asanlaşdırılmasına, işgüzar mübadilələrin gücləndirilməsinə, turizmin təşviqinə və iki ölkə arasında insanlararası əlaqələrin möhkəmləndirilməsinə doğru mühüm addım kimi səciyyələndirib", - məlumatda qeyd olunub Bildirilib ki, Yaponiya tərəfi Azərbaycan tərəfinin Yaponiya vətəndaşları üçün bir il müddətinə birtərəfli qaydada vizasız rejim tətbiq etmək qərarını alqışlayıb "Tərəflər təsdiqləyiblər ki, bundan sonra da öz vətəndaşlarının qarşılıqlı səfərlərinə kömək edəcəklər", - məlumatda bildirilib XİN-in məlumatına görə, görüş Azərbaycan və Yaponiyanın qarşıdakı illərdə tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin axtarışına ümumi sadiqliyini təsdiq edib "Hər iki tərəf 2027-ci ildə qeyd olunacaq diplomatik münasibətlərin qurulmasının 35 illiyinin ikitərəfli əməkdaşlığın nailiyyətlərini vurğulamaq üçün yaxşı fürsət olacağını bildirib. Tərəflər həmçinin bu yubileyin gələcək üçün iddialı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar", - məlumatda bildirilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler