Alanyada CEV Çimərlik Voleybolu Millətlər Kuboku Türkiyə mərhələsi tamamlandı
?????? Antalyanın Alanya rayonunda Avropa Voleybol Konfederasiyasının (CEV) təşkilatçılığı ilə keçirilən CEV Çimərlik Voleybolu Millətlər Kubokunun Türkiyə mərhələsi başa çatıb İspaniya, Litva, Rumıniya və Yunan Kiprindəki mərhələlərin ardından Türkiyənin ev sahibliyi etdiyi 5-ci təsnifat mərhələs
?????? Antalyanın Alanya rayonunda Avropa Voleybol Konfederasiyasının (CEV) təşkilatçılığı ilə keçirilən CEV Çimərlik Voleybolu Millətlər Kubokunun Türkiyə mərhələsi başa çatıb İspaniya, Litva, Rumıniya və Yunan Kiprindəki mərhələlərin ardından Türkiyənin ev sahibliyi etdiyi 5-ci təsnifat mərhələsi Alanya Beynəlxalq Çimərlik İdmanları Mərkəzində keçirilən yarışlarla tamamlandı Qurumun son günündə kişilər arasında A qrupunda mübarizə aparan Türkiyə birinci və ikinci komandaları səhər sessiyasında Çexiyanı 2-0 hesabı ilə məğlub edib. Axşam sessiyasında Türkiyə komandaları Ukrayna ilə üz-üzə gəlib Axşam sessiyasının ilk oyununda Türkiyənin Sacit Kurt-Tuna İmdat duetindən ibarət ikinci komandası ukraynalı Dmitri Kozil-Svyatoslav Nahornyi cütünə 2:0 hesabı ilə məğlub olub. Yusuf Özdemir-Batuhan Kurudan ibarət Türkiyənin birinci komandası ukraynalı Anton Moiseiev-Vitalli Savin cütlüyünə 2-1 hesabı ilə qalib gəlib Türkiyə bu nəticə ilə Alanya mərhələsində ikinci dəfə məğlub olan Ukraynanı qabaqlayıb və öz qrupunda birinci olub Yarışlardan sonra təşkil edilən mərasimdə kuboku Türkiyə Voleybol Federasiyasının sədr müavini Alper Sedat Aslandaş və Alanya Bələdiyyə sədrinin müşaviri Abdurrahman Açıkalın türk komandalarına verib İyulun 16-19-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək finalda kişilər kateqoriyasında Türkiyə komandaları çempionluq üçün meydançaya çıxacaq Qadınlar arasında C qrupunda İdil Gür-Yasemin Yıldırımdan ibarət Türkiyənin ikinci komandası norveçli Frida Bernsen-Oda Lovo Steinsvaq cütlüyünə 2-0 məğlub olub. Su Söylem-Bahar Doğandan ibarət Türkiyənin birinci komandası norveçli Nina Pavlova-Sunniva Helland Hansen cütlüyünə uduzub Bu nəticələrdən sonra qadınlardan ibarət Türkiyə komandaları qrupdan çıxmaq şansını itirib


