Sesk Fabreqas "Qalatasaray"ın müdafiəçi ürəyini istəyir
"Qalatasaray"ın müdafiədə ən uğurlu adlarından olan Davinson Sançesə sürpriz talib çıxdı. Kolumbiyalı futbolçu İtaliyaya səfər edə bilər Takvimin xəbərinə görə; A Seriyasında uğurlu mövsüm keçirən və Çempionlar Liqasına vəsiqə qazanan Sesk Fabreqasın idarə etdiyi Komo kolumbiyalı müdafiəçini transf

"Qalatasaray"ın müdafiədə ən uğurlu adlarından olan Davinson Sançesə sürpriz talib çıxdı. Kolumbiyalı futbolçu İtaliyaya səfər edə bilər Takvimin xəbərinə görə; A Seriyasında uğurlu mövsüm keçirən və Çempionlar Liqasına vəsiqə qazanan Sesk Fabreqasın idarə etdiyi Komo kolumbiyalı müdafiəçini transfer siyahısında ilk sıraya qatıb İtaliya təmsilçisi 29 yaşlı təcrübəli müdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçib. Komo rəsmiləri Sançesin agenti ilə ilk əlaqəni qurub və futbolçunun müqavilə şərtləri və dəyəri barədə məlumat alıblar. Çəkməlilər komandasının yaxın günlərdə rəsmi təkliflə Qalatasarayın qapısını döyəcəyi gözlənilir Sarı-qırmızılı rəhbərlik uğurlu müdafiəçini asanlıqla buraxmaq istəmir. "Qalatasaray"ın Davinson Sançes üçün təxminən 20 milyon avroluq transfer qiyməti təyin etdiyi öyrənilib. Bildirilib ki, bu rəqəmə yaxın təklif gələrsə, rəhbərlik ayrılmağa razılıq verə bilər Bu mövsüm "Qalatasaray"ın heyətində bütün yarışlarda 45 rəsmi matça çıxan və müdafiədəki çıxışından əlavə 2 qolla komandasına töhfə verən kolumbiyalı futbolçunun sarı-qırmızılı klubla 2029-cu ilə qədər müqaviləsi var


