Mərkəzi Bank “E-Kredit”in lisenziyasını ləğv etdi
BAKI, Azərbaycan, 14 may. Azərbaycan Mərkəzi Bankı (AMB) “E-Kredit” MMC-nin bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib, Trend AMB-yə istinadən xəbər verir Bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı mövcud qanunvericilik, o cümlədən “Azərbaycan Respublikasında maliyyə sek

BAKI, Azərbaycan, 14 may. Azərbaycan Mərkəzi Bankı (AMB) “E-Kredit” MMC-nin bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib, Trend AMB-yə istinadən xəbər verir Bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı mövcud qanunvericilik, o cümlədən “Azərbaycan Respublikasında maliyyə sektorunun İnkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank olmayan kredit təşkilatlarına nəzarət istiqamətində zəruri tədbirləri davam etdirir AMB-dən verilən məlumata görə, qərar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən qəbul edilib Tənzimləyici bildirib ki, lisenziyanın ləğvi “E-Kredit” MMC BOKT-nin könüllü müraciəti və AMB-nin Direktorlar Şurasının 13 may 2026-cı il tarixli qərarı əsasında baş verib Nəticədə “E-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatına 24 iyul 2024-cü il tarixində verilmiş BKT-48 nömrəli lisenziya ləğv edilmişdir AMB-dən bildirilib ki, qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada ləğv edildiyi gündən fəaliyyətini dayandırır


