Azərbaycan Mərkəzi Bankı və Harvard Growth Laboratoriyası maliyyə bazarının inkişafı sahəsində əməkdaşlığı müzakirə ediblər (FOTO)
BAKI, Azərbaycan, 5 may. Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universitetinin Growth Lab mərkəzi maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüsləri müzakirə ediblər, Trend AMB-yə istinadən məlumat verir AMB-nin sədri Taleh Kazımovun Harvard Universitetində Growth Lab-ın təsisçisi və

BAKI, Azərbaycan, 5 may. Azərbaycan Mərkəzi Bankı (AMB) və Harvard Universitetinin Growth Lab mərkəzi maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüsləri müzakirə ediblər, Trend AMB-yə istinadən məlumat verir AMB-nin sədri Taleh Kazımovun Harvard Universitetində Growth Lab-ın təsisçisi və direktoru Rikardo Hausmann ilə görüşündə müzakirələr aparılıb Görüşdə Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi, pul siyasətinin transmissiya mexanizminin təkmilləşdirilməsi, maliyyə vasitəçiliyinin genişləndirilməsi sahəsində əldə edilmiş nailiyyətlər və prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb Growth Lab tərəfindən Azərbaycanda həyata keçirilən layihənin nəticələrinə də baxılıb Bundan əlavə, görüşdə maliyyə bazarlarının inkişafına yönəlmiş birgə təşəbbüslər müzakirə edilib və iki tərəf arasında gələcək əməkdaşlıq perspektivləri araşdırılıb
Diğer Haberler

Qırğız Respublikasının Maliyyə Nazirliyinin rəhbəri və AİB prezidenti Səmərqənddə birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər

İndi rəsmidir: Qırğızıstan şirkətləri AB sanksiyalarının 20-ci paketinə tabedir - təfərrüatlar
