CENTCOM: Heç bir atəş baş vermədi - 17:45-də yeniləndi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman körfəzində ABŞ qüvvələrinə xəbərdarlıq atəşi açması ilə bağlı iddiasını təkzib edib. Bu barədə CENTCOM-un X sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir Komandanlıq bu hərəkətlərin müəyyən edilmiş atəşkəsin kobud şəkildə pozulması olacağını bildirdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Oman körfəzində ABŞ qüvvələrinə xəbərdarlıq atəşi açması ilə bağlı iddiasını təkzib edib. Bu barədə CENTCOM-un X sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir Komandanlıq bu hərəkətlərin müəyyən edilmiş atəşkəsin kobud şəkildə pozulması olacağını bildirdi "İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyib və atəş açmayıb. Bu cür hərəkətlər atəşkəs rejiminin kobud şəkildə pozulması deməkdir." qüvvələr İranın hazırkı blokadasını tam şəkildə həyata keçirməklə regional sularda sərbəst fəaliyyətlərini davam etdirirlər”, - deyə bəyanatda bildirilir Bundan əvvəl İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində Amerika esmineslərinə xəbərdarlıq atəşi açdığını bildirmişdi İran Oman körfəzində ABŞ hərbi gəmilərinə raket və dron hücumu həyata keçirib. Tasnim xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında deyilir Qeyd olunur ki, “Qadir” raketləri və yeni nəsil pilotsuz təyyarələr Amerikanın DDG-103 və DDG-87 esminesləri istiqamətində xəbərdarlıq məqsədi ilə buraxılıb Açıqlamaya görə, esmineslər daha sonra Hind okeanına doğru geri çəkiliblər Bundan əlavə, Amerikanın universal desant gəmi-vertolyot daşıyıcısı Tripoli də Oman körfəzini tərk edib İran ordusu ABŞ-ın “dəniz piratlığı” olduğunu iddia etdiyi halın davam edəcəyi təqdirdə gələcəkdə daha uzun mənzilli raketlərdən istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib


