Tenqri
Ana Səhifə
Dünya

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Bakıdakı FIVB Level-2 kursunun iştirakçıları yüksəksəviyyəli mütəxəssislərdir AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-instruktoru professor Cengiz Akarçeşme Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən FIVB-nin Level-2 mə

0 baxışazertag.az
Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub
Paylaş:

Bakıdakı FIVB Level-2 kursunun iştirakçıları yüksəksəviyyəli mütəxəssislərdir AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-instruktoru professor Cengiz Akarçeşme Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə keçirilən FIVB-nin Level-2 məşqçi seminarı ilə bağlı danışarkən deyib Mütəxəssis seminarın FIVB xətti ilə keçirilən ikinci kurs olduğunu diqqətə çatdırıb: “Bu il Azərbaycanda təşkil etdiyimiz ikinci FIVB kursudur və Level-2 proqramı çərçivəsində keçirilir. İlk kursda yeddi ölkədən 28 iştirakçı yer almışdı. Hazırkı seminarda isə 26 nəfər iştirak edir” Professor həm əvvəlki, həm də hazırkı kursun iştirakçılarının yüksək səviyyəsi ilə seçildiyini vurğulayıb: “Hər iki kursun səviyyəsi olduqca yüksəkdir. Burada təcrübəli oyunçular, məşqçilər və təlimçilər iştirak edirlər. Azərbaycandan qatılan mütəxəssislər həm Superliqada, həm də aşağı yaş qruplarında fəaliyyət göstərirlər” FIVB-nin məşqçi-instruktoru seminarın iştirakçılar üçün faydalı olacağına inandığını bildirib: “İnanırıq ki, kursun sonunda iştirakçılar dəyərli bilik və təcrübə qazanaraq proqramı uğurla başa vuracaqlar. Əldə etdikləri biliklər gələcək məşqçilik fəaliyyətlərində onlara kömək edəcək” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler