Atəşkəs rejiminin pozulması gərginliyi azaltmağa kömək etmir - İran XİN
BAKI, Azərbaycan, 6 iyun. İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması gərginliyin azaldılmasına və sabitliyin bərpasına kömək etmir Bəyanata görə, dünən gecə beynəlxalq sularda və İran sərhədlərində gəmilərin təhlükəsizliyini qoruyan

BAKI, Azərbaycan, 6 iyun. İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulması gərginliyin azaldılmasına və sabitliyin bərpasına kömək etmir Bəyanata görə, dünən gecə beynəlxalq sularda və İran sərhədlərində gəmilərin təhlükəsizliyini qoruyan Sirik və Qeşm adalarında İranın sahil müşahidə radar obyektlərinin atəşə tutulması 8 aprel atəşkəs razılaşmasının açıq şəkildə pozulması hesab edilir və İran öz ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi hücumu qətiyyətlə pisləyir Bəyanatda qeyd olunub ki, ABŞ-ın hücumları regionun sabitliyinə təhlükə yaradır və bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür "İran BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu və suverenliyini və milli maraqlarını qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyini bəyan edir. İran region ölkələrini beynəlxalq hüquq normalarına əməl etməyə və digər tərəflərə öz ərazilərindən İrana qarşı istifadə etmək üçün şərait yaratmaqdan çəkinməyə və mehriban qonşuluq prinsipinə əməl etməyə çağırır", - bəyanatda deyilir Bəyanatda həmçinin qeyd olunub ki, İran BMT-nin baş katibini, Təhlükəsizlik Şurasının sədrini və digər məsul beynəlxalq təşkilatları atəşkəs rejiminin pozulmasının davam etməsinin qarşısını almağa çağırır Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb


