Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandılar
Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb. Son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb Modern.az xəbər verir ki, Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımo

Gürcüstanın Qori şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku başa çatıb. Son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb Modern.az xəbər verir ki, Əjdər Bağırov -100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (-90 kq) və Diana Tçkayeva (-48 kq) da turniri bürünc medalla başa vurublar Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (-66 kq) qızıl, Elşən Əsədov (-66 kq) gümüş, Babarəhim Mirzəyev (-60 kq), Nizami İmranov (-66 kq) və Rüfət Şövlətov (-73 kq) isə bürünc medal əldə etmişdilər Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub


