Tenqri
Ana Səhifə
Dünya

Qafqaz Müsəlmanları İdarəsi Eçmiədzinin Azərbaycanın Xankəndindəki söküntüləri ilə bağlı fikirlərini pisləyib

BAKI, Azərbaycan, 27 aprel. Eçmiədzin kilsəsinin Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı 23 aprel tarixli bəyanatı düşmənçilik və dezinformasiya təzahürüdür, Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında deyilir “İki ölkə arasında normallaşma prosesinin getdiyi həss

0 baxıştrend.az
Qafqaz Müsəlmanları İdarəsi Eçmiədzinin Azərbaycanın Xankəndindəki söküntüləri ilə bağlı fikirlərini pisləyib
Paylaş:

BAKI, Azərbaycan, 27 aprel. Eçmiədzin kilsəsinin Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsi ilə bağlı 23 aprel tarixli bəyanatı düşmənçilik və dezinformasiya təzahürüdür, Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında deyilir “İki ölkə arasında normallaşma prosesinin getdiyi həssas bir zamanda, işğal zamanı Azərbaycanın tarixi, dini və mədəniyyət abidələrinin onilliklər boyu dağıdılması və təhqir olunmasına səssiz qalan Eçmiədzinin Azərbaycana qarşı əsassız ittihamları məsələni siyasiləşdirmək üçün uğursuz cəhddir Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndində qanunsuz tikilmiş iki binanın sökülməsini heç bir şəkildə dini və mədəni irsin dağıdılması kimi təhrif etmək olmaz. Belə ki, Azərbaycan 2023-cü ildə öz əraziləri üzərində dövlət suverenliyini tam bərpa etdikdən sonra bu müddət ərzində işğalın simvolu olan bu qanunsuz tikililəri mövcud vəziyyətində saxlayıb. Lakin son aylar kütləvi şəkildə öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər işğaldan əvvəl bu ərazilərdə mövcud olmayan bütün tikililərin sökülməsi ilə bağlı dövlət orqanlarına və yerli məhkəmələrə dəfələrlə müraciət ediblər. Məlumdur ki, beynəlxalq humanitar hüquqa görə, işğal olunmuş ərazilərdə işğalçı dövlətin razılığı olmadan tikdiyi tikililər təyinatından asılı olmayaraq qanunsuz sayılır və bir qayda olaraq, işğalçı dövlətin hesabına sökülməlidir. Bu səbəbdən də Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların öldürüldüyü və qovulduğu bu ərazilərdə sonradan qanunsuz tikilmiş bütün tikililərin sökülməsinin həm hüquqi, həm də mənəvi əsası var Qeyd edək ki, Azərbaycan məscidlərin, kilsələrin, sinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu da xalqımızın köklü dini tolerantlıq və bütün dinlərə hörmət mədəniyyətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, o cümlədən pravoslav, katolik, yəhudilərin ibadət yerləri və icmaları sərbəst fəaliyyət göstərib. Bu gün Azərbaycan bu ənənəyə sadiq qalaraq, işğal zamanı dağıdılmış və təhqir olunmuş dini və mədəniyyət abidələrini öz vəsaiti hesabına bərpa edir. Bunların arasında Şuşadakı (erməni) Qazançı kilsəsinin bu yaxınlarda bərpasını, eləcə də bütün münaqişə boyu Bakıdakı erməni kilsəsinin dövlət tərəfindən himayə olunmasını xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus ibadət ocaqlarının davamlı olaraq qorunub saxlanılması, bərpası və mühafizəsi dövlətimizin və cəmiyyətimizin dini plüralizmə hörmətini hər zaman əyani şəkildə nümayiş etdirib Eçmiədzinin Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı belə həssas bir zamanda təhrif etmək cəhdləri yalnız regionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir Keçmişdən qalan siyasi təxribatlara əl atmaq praktikasına və regionda davamlı sülhün bərqərar olmasının qarşısını almağa yönəlmiş bu cür cəhdlərə birdəfəlik son qoyulmalıdır”, - bəyanatda deyilir

Kaynak: trend.az

Diğer Haberler