Tenqri
Ana Səhifə
Dünya

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Yaxın Şərqdə başlanan yeni münaqişə neftin qiymətinin uzun müddət yuxarı həddə qalacağını deməyə əsas verir. Bu münaqişə birbaşa Hörmüz boğazının açılması perspektivini yenidən nəzərdən keçirməyi tələb edir AZƏRTAC xəbər verir ki, ötən gecədən başlayaraq İran ilə İsrail arasında davam edən qarşılıq

0 baxışazertag.az
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
Paylaş:

Yaxın Şərqdə başlanan yeni münaqişə neftin qiymətinin uzun müddət yuxarı həddə qalacağını deməyə əsas verir. Bu münaqişə birbaşa Hörmüz boğazının açılması perspektivini yenidən nəzərdən keçirməyi tələb edir AZƏRTAC xəbər verir ki, ötən gecədən başlayaraq İran ilə İsrail arasında davam edən qarşılıqlı raket zərbələri regiondakı geosiyasi vəziyyəti yenidən gərginləşdirib ki, bu da bazara özünün mənfi təsirini göstərir “Times of Israel” yazır ki, ötən gecə İran İsrail ərazisinə 20 ballistik raketlə zərbələr endirib və Hayfa şəhərindəkı neftayırma zavodu (NEZ) əsas hədəf olub. İsrail də öz növbəsində İranın Xuzistan vilayətindəki NEZ-i raket zərbəsinə tutub İranın “Tasnim” agentliyi yüksəkrütbəli hərbçilərə istinadla yazır ki, İran uzunmüddətli müharibəyə hazırdır. Bu məsələdə qane olmayan tərəf isə ABŞ Prezidenti Donald Trampdır. Məsələ ondan ibarətdir ki, D.Tramp rəsmi Tehran ilə tez bir zamanda razılıq əldə etmək istəyir ki, dünya bazarında neftin qiymətinin düşməsinə nail olsun. Neftin bahalaşması ABŞ iqtisadiyyatına çox böyük zərbələr vurur. İdxal-ixrac əməliyyatlarının baha başa gəlməsindən başlayaraq, istehlak və ərzaq mallarının bahalaşması Prezidentin siyasi nüfuzuna pis təsir etməklə yanaşı, etirazlara səbəb olur Bundan başqa, Prezident D.Tramp Konqres qarşısında “müharibə ABŞ-yə nə qazandırdı?”, - sualına cavab vermək məcburiyyətində qalıb. Həqiqət isə ondan ibarətdir ki, Yaxın Şərqdəki müharibə Amerikaya qiymət artımından başqa heç nə vermədiyi kimi, bundan da daha çox əziyyət çəkən seçicilərdir. Bu baxımdan İran ilə İsrail arasında başlanan qarşılıqlı raket zərbələri D.Trampın əsəbi tərzdə tərəflərə müraciət edərək dərhal raket zərbələrini dayandırmaq tələb etməsinə səbəb olub. Lakin cavab atəşləri D.Trampın tələbinə o qədər də diqqət ayrılmadığını göstərir Bu gün isə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Hörmüz boğazını bağlı saxladığına görə İrana qarşı növbəti sanksiyalar paketinin qəbul ediləcəyini bəyan edib. Halbuki Hörmüz boğazı ikitərəfli bağlıdır. Bir tərəfdən İran, digər tərəfdən isə ABŞ boğazı hərbi gəmilərlə bağlayaraq İran limanlarını gəmilərin yan almasına və limanlardan çıxmasına imkan vermir. Aİ-nin bu addımı dünya bazarında neftin qiymətinin daha da artmasına gətirib çıxara bilər. ОPEC+ iyul ayında hasilatın artıraraq sutkada 188 min barelə çatdırılması haqqında qərar qəbul edib. Bu qiymətlərin sabitləşməsi üçün optimal variantdır. Lakin problem hasilatda deyil, neftin nəql olunmasındadır və bu addımda qiymətlərin enməsinə səbəb olmayacaq Yaxın Şərqdəki gərginlik bu gün günortadan sonra birjalarda “Brent” markalı neftin 97,5 dollardan, 97,33, WTI markalı neftin qiyməti isə 94,6 dollardan 94,57 dollara yüksəlməsinə gətirib çıxarıb “Bloomberg” agentliyi analitiklərə istinadla yazır ki, cari ilin qalan dövrü ərzində dünya bazarında neftin qiyməti 81-100 dollar ətrafında satılacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler