Tenqri
Ana Səhifə
Dünya

Bəzi hotellər insan alveri məqsədilə istifadə olunur - QHT sədri

Azərbaycan qanunvericiliyində insan alveri ilə bağlı müxtəlif müddəalar mövcuddur, amma bu cinayəti yaradan digər amillərə də diqqət yetirilməlidir Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüququları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnsan al

0 baxışmodern.az
Bəzi hotellər insan alveri məqsədilə istifadə olunur - QHT sədri
Paylaş:

Azərbaycan qanunvericiliyində insan alveri ilə bağlı müxtəlif müddəalar mövcuddur, amma bu cinayəti yaradan digər amillərə də diqqət yetirilməlidir Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüququları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib. O iddia edib ki, fahişəlik Azərbaycanda qanunla təbliğ edilir. Qeyd edib ki, Cinayət Məcəlləsində fahişəliyə cəlb etmə qadağan olunsa da, bəzi məqamlar hüquqi baxımdan suallar doğurur: “Fahişəliyə cəlb etmək qadağan olunub, amma fahişəliklə məşğul olanlarla bağlı heç bir tədbir görülmür. Bu necə ola bilər? Fahişəliyə cəlb etmək qadağan olunub, amma məşğul olmaq yox. Bunun özü insan alverinin yaranmasına dəhliz yaradır” Şəmsəddin Əliyev hotellərlə bağlı müşahidələrini də bölüşərək bildirib ki, bəzi hallarda bu məkanlardan insan alveri məqsədilə istifadə olunur. Onun sözlərinə görə, sonradan qurbanların şantaj yolu ilə istismara məruz qalması halları ortaya çıxır: “Bəzən məlum olur ki, qadının şəxsi həyatı ilə bağlı görüntülər çəkilib və sonradan həmin materialların yayılması hədəsi ilə o, yenidən həmin mühitə qayıtmağa məcbur edilir” İctimai birlik sədri bu səbəbdən hüquq-mühafizə orqanlarının hotellərdə nəzarət imkanlarının genişləndirilməsinin vacib olduğunu vurğulayıb: “Bu istiqamətdə polis əməkdaşlarının fəaliyyətinə maneələr aradan qaldırılmalı, onların hotellərdə yoxlama aparması üçün daha açıq imkan yaradılmalıdır” Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid Şəmsəddin Əliyev bu məsələ ilə bağlı iddialarına aydınlıq gətirib Şöbə müdiri bildirib ki, Azərbaycan qanunvericiliyində fahişəliklə məşğul olma adlanan norma mövcuddur: “İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi fahişəliklə məşğul olma adlanır və ona görə də məsuliyyət nəzərdə tutulur. Hətta keçən ilin dekabrında həmin maddəyə internet informasiya ehtiyatından və ya informasiya telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmaya açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı sövdələşməyə görə məsuliyyət növü müəyyən edilmişdir. Həmin şəxslər 500 manat məbləğində cərimə edilir” Şöbə müdiri vurğulayıb ki, fahişəliyə cəlb etmək, əxlaqsız yuvaları saxlama adlı üçün də Cinayət Məcəlləsinin müvafiq maddələrində sanksiyaları nəzərdə tutur: “Cinayət Məcəlləsinin 243-cü maddəsi fahişəliyə cəlb etmə və 244-cü maddəsi əxlaqsız yuvaları saxlama maddələridir ki, bununla bağlı müvafiq normalar var. Hətta əxlaqsız yuvaları saxlamaya görə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə tətbiq edilir. Eyni əməllər təkrar törədildikdə 3 ildən 6 ilə dək azadlıq məhrumetmə ilə cəzalandırılır” – deyə o qeyd edib

Kaynak: modern.az

Diğer Haberler