Keçmiş bağça müdiri rüşvətə görə mühakimə olunacaq
Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı uşaq bağçasının sabiq müdiri Lətifə Xasilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə haqqin.az-a Zaqatala Rayon Məhkəməsindən məlumat verilib Araşdırma zamanı Lətifə Xəsilovanın bu vəzifədə işləyərkən rəhbərlik etdiyi uşaq bağçasına işə

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı uşaq bağçasının sabiq müdiri Lətifə Xasilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə haqqin.az-a Zaqatala Rayon Məhkəməsindən məlumat verilib Araşdırma zamanı Lətifə Xəsilovanın bu vəzifədə işləyərkən rəhbərlik etdiyi uşaq bağçasına işə düzəltmək üçün 10 nəfərdən külli miqdarda rüşvət alması, habelə digər qanunazidd hərəkətlərə yol verməsi əsaslı şübhələr müəyyən edilib Toplanmış sübutlar əsasında X.Xasilova Azərbaycan Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinin ibtidai istintaqı yekunlaşıb, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə verilib


