Tenqri
Ana Səhifə
Dünya

İrəvanda Türkiyə parlamentinin keçmiş deputatı təhqir edilib - “MANKURT”, “TÜRK CASUSU”... + VİDEO

Seçkiləri müşahidə etmək üçün İrəvana gələn Türkiyə parlamentinin keçmiş deputatı, etnik erməni Qaro Paylan təhqir olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə küçədə bir erməni qadının ona yaxınlaşaraq “mankurt” və “türk casusu” dediyi görünür. Eks-deputat bu təhqirlərə heç bir reaksiya verməyib

0 baxışhaqqin.az
İrəvanda Türkiyə parlamentinin keçmiş deputatı təhqir edilib - “MANKURT”, “TÜRK CASUSU”... + VİDEO
Paylaş:

Seçkiləri müşahidə etmək üçün İrəvana gələn Türkiyə parlamentinin keçmiş deputatı, etnik erməni Qaro Paylan təhqir olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə küçədə bir erməni qadının ona yaxınlaşaraq “mankurt” və “türk casusu” dediyi görünür. Eks-deputat bu təhqirlərə heç bir reaksiya verməyib Qaro Paylan kürdlərin HDP partiyasından olan keçmiş millət vəkilidir. Son parlament seçkilərində o, mandat ala bilməyib və hazırda partiyanın mərkəzi orqanlarında məsul vəzifədədir. Erməni əsilli siyasətçinin İrəvan küçələrində türkcə danışdığına görə millətçi qadın tərəfindən təhqir edildiyi bildirilir Video görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində geniş rezonans doğurub. İstifadəçilər Paylanın Türkiyə parlamentindəki çıxışlarını, 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını, “erməni soyqırımı” ifadəsini işlətməsini, eləcə də 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanı dəstəkləyən çıxışlarını xatırladıblar Paylan bu açıqlamalarına görə Türkiyədə geniş şəkildə tənqid olunub. İndi onu Ermənistanda “türk casusu” adlandırırlar İstifadəçilərdən biri İrəvanda lentə alınan videoya ironiya ilə şərh verib: "Qaro Paylan Türkiyədə erməni, Ermənistanda isə türk olmaqda ittiham olunur. Görünür, heç bir tərəf bunu qəbul etmir" Qeyd edək ki, Ermənistandakı revanşist, millətçi və rusiyapərəst dairələr Azərbaycanla sülh sazişinə və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdırlar Onlar seçki kampaniyalarını Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik ritorikasını əsaslandırırlar. Baş nazir Nikol Paşinyan Robert Köçəryan, Qaqik Tsarukyan və Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvələri “üç başlı müharibə partiyası” adlandırıb pic.twitter.com/R6D1ZglIqA

Kaynak: haqqin.az

Diğer Haberler