Böyüklər və uşaqlar nə qədər kabab yeyə bilərlər? - Xəbərdarlıq
Böyük yaşlı sağlam şəxs üçün bir dəfəyə yeyilə bilən optimal qızardılmış ət porsiyası təxminən 150–200 qram, uşaq üçün 100 qram, yaşlı insan üçün isə 120 qram civarındadır Publika.az xəbər verir ki, bu barədə Qazeta.Ru nəşrinə müsahibəsində “AO Medisina” klinikasının həkim-qastroenteroloqu Yevgeni

Böyük yaşlı sağlam şəxs üçün bir dəfəyə yeyilə bilən optimal qızardılmış ət porsiyası təxminən 150–200 qram, uşaq üçün 100 qram, yaşlı insan üçün isə 120 qram civarındadır Publika.az xəbər verir ki, bu barədə Qazeta.Ru nəşrinə müsahibəsində “AO Medisina” klinikasının həkim-qastroenteroloqu Yevgeni Belousov məlumat verib Həkim qeyd edib ki, sağlam böyüklər üçün optimal porsiya 150–200 qram təşkil etməli, kabab özü isə ayda 1-2 dəfədən çox yeyilməməlidir. 3 yaşa qədər uşaqlara kabab verilməməsi daha məsləhətdir, 4–7 yaşlı uşaqlara ayda bir dəfədən çox olmayaraq 50–100 qram yaxşı bişmiş yağsız ət verilə bilər, yeniyetmələrə isə böyüklərə yaxın porsiyalar təklif oluna bilər. Diş, mədə-bağırsaq, ürək və damar problemləri olan yaşlı insanlara 80–120 qramla kifayətlənmək və sərt damarları olmayan, yaxşı qızardılmış yumşaq, yağsız ətlərə üstünlük vermək tövsiyə olunur Ferment sistemi tam formalaşmamış uşaqlar və həzm sistemi problemləri olan yaşlılar yağlı ət növlərindən hazırlanan kabablardan uzaq durmalıdırlar Həkimin sözlərinə görə, kababı normadan artıq yemək ağırlıq, şişkinlik, yuxululuq, qıcqırma və təzyiqin yüksəlməsi ilə özünü göstərir. Belə hallarda fasilə vermək, rasionu yüngülləşdirmək, həkimlə məsləhətləşərək fermentlər qəbul etmək və növbəti dəfə yeyilən miqdara daha ciddi nəzarət etmək lazımdır Qulaqlardakı səs ciddi xəstəliklərin əlaməti ola bilər - Həkim xəbərdarlıq etdi Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ Tarixə düşəcək kəşf: Keçəlliyin əlacı tapıldı Ürəyi qoruyan üç əsas qayda Daimi yorğunluğun səbəbi tapıldı - Qadınlarda daha çox rast gəlinir Hamiləlikdə dişlər niyə tökülür? - Məşhur mif dağıldı Tramp İranı yeni sərt zərbələrlə hədələdi Mbappe o davadan sonra bazanı qəhqəhə çəkərək tərk etdi - VİDEO Məşhur model aktyorla öpüşərkən yaxalandı Miqren dərmanları təhlükəli göz xəstəliyinin qarşını alırmış Böyüklər və uşaqlar nə qədər kabab yeyə bilərlər? - Xəbərdarlıq ABŞ Hörmüz boğazında İranın hücumlarını dəf etdi İranın cənubunda iki PUA vuruldu Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır


