Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma standartlarına uyğun olaraq sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçələn və regionun strateji iqtisadi mərkəzinə çevrilən Qarabağda iri şəhərlərlə

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri müasir şəhərsalma standartlarına uyğun olaraq sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən dirçələn və regionun strateji iqtisadi mərkəzinə çevrilən Qarabağda iri şəhərlərlə yanaşı, kəndlər də "Ağıllı kənd" konsepsiyası əsasında tamamilə yenidən qurulur. Dağıdılmış yaşayış məntəqələrinin yerində müasir memarlıq üslubu ilə milli koloriti özündə birləşdirən, ekoloji cəhətdən təmiz və dayanıqlı yeni yaşayış massivləri salınır AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu möhtəşəm dirçəliş prosesinin mərkəzlərindən biri olan Ağdam rayonunda abadlıq-quruculuq işləri strateji plan üzrə geniş vüsət alıb. Ağdam şəhərinin yenidən qurulması ilə paralel olaraq, rayonun kəndlərində də kompleks tikinti işləri uğurla icra edilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına layiqli qayıdışı üçün hər bir məqam nəzərə alınır. Bu baxımdan Baş Qərvənd kəndində də mühəndis-kommunikasiya və genişmiqyaslı tikinti layihələri fasiləsiz həyata keçirilir Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Təranə Quliyevanın sözlərinə görə, ümumilikdə, layihə 476 hektardan çox ərazini əhatə edir və burada 1245 fərdi yaşayış evi inşa olunacaq. Layihənin təməli 2023-cü il dekabrın 24-də qoyulub Təranə Quliyeva bildirib ki, Baş Qərvənd kəndində birinci mərhələdə 202 hektar ərazidə 851 fərdi ev inşa edilir. Bu evlər 2, 3, 4 və 5 otaqlı olacaq. Kənddə yalnız yaşayış evləri deyil, sosial infrastruktur da yaradılacaq. Burada inzibati bina, tibb məntəqəsi, 840 şagird yerlik ikimərtəbəli məktəb, həmçinin 120 və 100 yerlik iki uşaq bağçası istifadəyə veriləcək Yol infrastrukturu ilə bağlı məlumat verən şöbə rəhbəri qeyd edib ki, kənddaxili yolların ümumi uzunluğu 56 kilometrdən çox olacaq. Bunun 35,3 kilometri birinci mərhələ çərçivəsində inşa ediləcək. Bundan əlavə, kənddə mühəndis-kommunikasiya xətləri çəkilir, səkilər salınır və geniş yaşıllıq zonaları yaradılır. Cari ildə Baş Qərvənd kəndinə ilk köçün həyata keçirilməsi gözlənilir Beləliklə, uzun illərin həsrətindən sonra doğma torpaqlarına dönməyə hazırlaşan kənd sakinləri üçün burada həm mənzil şəraiti, həm də sosial xidmətlər ən yüksək səviyyədə təşkil olunur. İlk köç karvanının fərəhini yaşamağa hazırlaşan Ağdamın bu yaşayış məntəqəsi Böyük Qayıdışın növbəti uğurlu və parlaq səhifəsi olacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


