Böyük Qayıdış Azərbaycan tarixinin mühüm hadisələrindən biridir TƏHLİL
1990-cı illərin əvvəllərində Azərbaycan torpaqları işğal olunanda yüz minlərlə azərbaycanlı öz doğma yurdundan, kəndindən, şəhərindən və evindən didərgin düşdü. Lakin heç kim inamını sona qədər itirmədi: biz qayıdacağıq dedilər. Fiziki və mənəvi qayıdış artıq başlayıb, insanlar doğma torpaqlarına dö

1990-cı illərin əvvəllərində Azərbaycan torpaqları işğal olunanda yüz minlərlə azərbaycanlı öz doğma yurdundan, kəndindən, şəhərindən və evindən didərgin düşdü. Lakin heç kim inamını sona qədər itirmədi: biz qayıdacağıq dedilər. Fiziki və mənəvi qayıdış artıq başlayıb, insanlar doğma torpaqlarına dönürlər. Bu baxımdan Milli Məclisdə müzakirəyə çıxarılan Qanun layihəsi dövlət siyasətinin yeni hüquqi mərhələsini təşkil edir - məcburi köçkünlükdən yeni statusa keçid baş verir Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib Böyük Qayıdış: Dünya tarixində unikal Azərbaycan nümunəsi O bildirib ki, dünyada qaçqınlıq və məcburi köçkünlük problemi hazırda bəşəriyyətin ən ağır humanitar böhranlarından biridir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatlarına görə, dünyada məcburi köçkün, qaçqın və sığınacaq axtaran insanların sayı 123 milyon nəfər təşkil edir. Tarixdə çox xalqlar öz torpaqlarından didərgin salınıb, lakin geri dönə bilməyiblər. Bir əsrdə dörd dəfə deportasiya və qaçqınlıq yaşayan Azərbaycan xalqı dövlətin gücü, ordumuzun qələbəsi və millətimizin iradəsi hesabına öz yurduna kütləvi şəkildə qayıdır “Qanun layihəsinin mahiyyətini düzgün izah etmək Böyük Vətən quruculuğunun yeni ideoloji təməllərini və hədəflərini möhkəm əsaslar üzərində qurmaq deməkdir. Dövlət torpaqlarından və hüquqlarından məhrum edilən vətəndaşlarını doğma yurdlarının və evinin tam hüquqlu sahibinə, mülkiyyətçisinə çevirir. Hər bir azərbaycanlı üçün qürurlu hadisə iki yüz illik qaçqınlıq və köçkünlük dalğasına son qoyulmasıdır. İnsan müvəqqəti statusdan daimi hüquqa, müvəqqəti məskunlaşmadan daimi mülkiyyət hüququna keçir. Dövlət himayəsindən evinin tam hüquqlu sahibi olur İndiyə qədər mövcud olan hüquqi çərçivədə məcburi köçkünlər dövlət tərəfindən verilən yaşayış sahələrindən müvəqqəti istifadə edirdilər. Qanunvericilikdə də normalar “müvəqqəti məskunlaşma”, “müvəqqəti fond”, “kirayə müqaviləsi” kimi anlayışlarla ifadə olunurdu. Yeni qanunda isə “İşğaldan Azad Edilən Ərazilərdə Daimi Məskunlaşdırma Fondu” yaradılır. İndiyədk qüvvədə olan redaksiyada köçkünlərin hüquqlarını məhdudlaşdıran norma mövcud idi - onlara verilən mənzillər və evlər xüsusi təyinatlı yaşayış fonduna aid idi və həmin sahələr özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzdi. Yeni qurumun yaradılmasının məqsədi ondan ibarətdir ki, vətəndaşa verilən yaşayış sahəsi artıq müvəqqəti deyil, daimi hüquqi əsas daşıyır. İnsan öz evinə qayıdır, açarını təntənəli qəbul edir, evinin tam mülkiyyətçisinə çevrilir Göründüyü kimi, yeni tarixi qanun üç məsələni həll edir. Birincisi, mülkiyyət hüququ, dövlət yaşayış yeri verməklə kifayətlənmir, vətəndaşın tam hüquqlu mülkiyyətçi kimi statusunu bərpa edir. İkincisi, daimilik prinsipi: Qayıdış müvəqqəti yerləşmə yox, daimi və dayanıqlı məskunlaşmadır. Üçüncüsü, sosial müdafiənin davamlılığı: Sosial müdafiə tədbirləri 3 il müddətində davam etdirilir. Yəni dövlət vətəndaşı yeni mərhələdə də tək qoymur”, - deyə Z.Oruc vurğulayıb Komitə sədrinin sözlərinə görə, qayıdış yalnız doğma yurdlarına dönən insanlara aid, yaxud müvafiq dövlət komitəsinin işi ilə məhdudlaşmır. Vətən müharibəsi kimi Böyük Qayıdış da bütöv millətimizə məxsus olan mühüm dövlətçilik hadisəsidir. Məcburi köçkün ailə məfhumunu tamhüquqlu vətəndaşlığın əvəzləməsi yeni dövlət və millət quruculuğudur. Prezident İlham Əliyev bəyan etmişdi ki, biz yeni eraya, yeni dövrə və qalib yüz ilə daxil oluruq. Ona görə də Qarabağın birləşdirici milli ideologiya kimi yüz illər oynadığı rolu indi yeni milli ideya əvəzləyir - qayıdış təkcə torpaqlarına fiziki dönüş yox, milli varlığına və tarixinə, ənənələrinə, əcdadlarına, qan yaddaşına dönüşdür. Ona görə az qala hər həftə həyata keçirilən dönüş mərasimləri məhdud və inzibati bir akt kimi yox, təntənəli və bütün hakimiyyət institutlarının, Vətən müharibəsi qəhrəmanlarının və ordu üzvlərinin iştirakı ilə dövlət tədbiri kimi keçirilməsi və rəsmiləşdirilməsi vacibdir Vətən quruculuğu: Müstəqillikdən yeni zəfər mərhələsinə O qeyd edib ki, Böyük Qayıdış Prezident İlham Əliyevin Vətən quruculuğu proqramıdır. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq birbaşa dövlətimizin başçısının siyasi arxitektorluğudur. Əgər XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yalnız siyasi xəritəyə daxil olmuşdusa, Ulu Öndər Heydər Əliyev müstəqil dövlətçiliyin əsaslarını yaratdı, 2020-ci ilin Zəfəri və Böyük Qayıdış Azərbaycanın Vətən quruculuğu mərhələsini formalaşdırır “Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan qalib xalqın yeni əsrinə daxil olur. Əgər son 30 il torpaqların azadlığı uğrunda mübarizə dövrü idisə, qarşıdakı onilliklər həmin torpaqlarda həyatın, iqtisadiyyatın, mədəniyyətin qurulması dövrü olacaq. Ona görə də hər şəhərin, kəndin, yaşayış məhəlləsinin, məktəbin, xəstəxananın, yolun, körpünün təməlqoyma və açılış mərasimlərində ölkəmizin rəhbərinin iştirakı dövlətin öz xalqına verdiyi mesajdır: biz yurdumuzu birlikdə bərpa edirik. Qayıdış yalnız ev verməklə məhdudlaşmır, dolanışıq imkanlarının yaradılması, əmək ənənələrinin bərpası, iqtisadi və təsərrüfat aktivliyinin yaradılması ilə müəyyənləşir. Bu baxımdan da evlərlə yanaşı, həyətyanı sahələrin, heyvandarlıq və quşçuluq infrastrukturunun, anbarların, təsərrüfat tikililərinin, kənd klublarının da planlaşdırılması vacibdir. Kəndlinin evə dönüşü onun torpağa və əməyə qayıdışıdır. Mümkün olan hallarda yerli sakinlərin tikinti, bərpa və xidmət sahələrinə cəlb olunması həm məşğulluq yaradar, həm də mülkiyyət hissini gücləndirər. İnsan yalnız ev almır, o, öz ocağını qurduğunu hiss etməlidir”, - deyə Z.Oruc əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


