Tenqri
Ana Səhifə
Dünya

Böyük Nəvainin və nəvaişünasın Azərbaycan sevgisi

Keçən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Özbəkistanın ədəbi-mədəni mühitində ciddi keyfiyyət dəyişikliklərinin meydana çıxması diqqəti cəlb edirdi. Məmləkətdə ictimai-siyasi proseslərin dəyişməsi və dərinləşməsi fonunda poeziya və prozada mühüm yenilənmələrlə yanaşı, ədəbi-t

0 baxış525.az
Böyük Nəvainin və nəvaişünasın Azərbaycan sevgisi
Paylaş:

Keçən əsrin 80-ci illərinin sonları və 90-cı illərin əvvəllərində Özbəkistanın ədəbi-mədəni mühitində ciddi keyfiyyət dəyişikliklərinin meydana çıxması diqqəti cəlb edirdi. Məmləkətdə ictimai-siyasi proseslərin dəyişməsi və dərinləşməsi fonunda poeziya və prozada mühüm yenilənmələrlə yanaşı, ədəbi-tənqid və ədəbiyyatşünaslıqda da təzə imzalar, özünəməxsus yaradıcılıq yolları və təmayülləri özünü bürüzə verməyə başlayırdı. Gənc münəqqid və ədəbiyyatşünaslar yalnız yekunlaşmaqda olan Sovet epoxasının ədəbiyyatını və mədəniyyətini deyil, ümumən, klaasik milli-mədəni irsimizi yenidən tənqidi surətdə nəzərdən keçirməyi, dəyərləndirməyi israrla vurğulayır, tamamilə kökündən təzələnmə arzuları ilə yaşayır və yazıb-yaradırdılar. Bugün artıq filologiya elmləri doktoru, professor və bütün türk dünyasınının tanınmış ədəbiyyatşünas alimi kimi etiraf olunan Nurbay Cabbar da məhz həmin zaman kəsimində elm aləminə təşrif buyuran özünəməxsus istedadlardan biri idi. Prof. Nurbay Cabbarı elm sahəsindəki yaşıdları, ədəbi tay-tuşları ilə birləşdirən və onlardan fərqləndirən cəhətləri çoxdur. Biz bu yazımızda XXI əsr özbək ədəbiyyatşünaslığının flaqmanlarından birinə çevrilmiş zəhmətkeş alimi öz zamandaşlarından daha çox ayıran və səciyyələndirən elmi-estetik manerası və ehtiva xüsusiyyətlərindən, onun vətənpərvər bir elm adamı, bütün varlığı ilə ziyalı vətəndaş kimi fərdi məziyyətlərindən bəhs etmək fikrindəyik Prof. Nurbay Cabbarın elmi yaradıcılığını fərdiləşdirən və səciyyələndirən əsas xüsusiyyətlərdən biri onun əsərlərinin nəzəri-estetik dərinliyi və həmişə fundamental xarakterə malik olması, məhz bu yöndə ədəbi-elmi reallıq kəsb etməsidir Əlişir Nəvai “Xəmsə”sinin mötəbər tədqiqatçılarından olan prof. Nurbay Cabbar ulu sənətkarın mənəvi-mədəni mənbələrindən bəhs edərkən yazır: “Böyük Azərbaycan şairi Şeyx Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi xəzinə – xəmsəçilik ənənəsi barəsində bir çox görkəmli alimlər öz fikirlərini bildirib. Nizami Gəncəvi “Xəmsə”si fars dilində yazılmasına baxmayaraq, onun mahiyyətinə və ruhuna türk təfəkkürü, türk dilinin şəhdi-şəkəri, türk dünyagörüşü və ruhu hopmuşdu. Dahi özbək mütəfəkkiri Əlişir Nəvai isə öz “Xəmsə”si ilə ustad Nizami Gəncəvinin başladığı qutlu ədəbi ənənəni yeni mərhələyə qaldırdı, eyni zamanda, öz dahi ustadının müqəddəs arzusunu yerinə yetirdi – “Xəmsə”ni türk dilində, yüksək bədii səviyyədə yaratmağa müvəffəq oldu.” Həqiqətən də, Nizami Gəncəvi “Xəmsə”sinin doğma türk dilində yaradılması, yeni qayələr, obrazlar, süjetlər və fəlsəfi fikirlərlə zənginləşdirilərək ərsəyə gətirilməsi yalnız türk xalqları mədəniyyətinin deyil, həm də cahan ədəbiyyatının misilsiz nailiyyətlərindən biri idi İki dahi sənətkarın “Xəmsə”lərində əks etmiş yaradıcılıq konsepsiyaları müxtəlif dövrlərdə müxtəlif alimlər tərəfindən öyrənilmiş və dəyərləndirilmişdir. Onların arasındakı müştərəklik və özünəməxsusluğun elmi-estetik məzmunu, əsas epik qəhrəmanların xarakterik xüsusiyyətləri, Nizami Gəncəvi və Əlişir Nəvai zamanlarının hər iki eposdakı inikası, hər iki müəllifin insan konsepsiyası və başqa məziyyətləri haqqında nəvaişünaslıqda xeyli mühüm mülahizələr irəli sürülüb “Məani əhlinin sahibqıranı”, yəni mənalar əhlinin şahənşahı monoqrafiyasında istedadlı alim Əlişir Nəvai və zamandaşlarının şəxsiyyətini, mürəkkəb və çoxcəhətli faəliyyətini, hətta böyük şairin bir çox əsərlərini ədəbi-tarixi mənbələr və tarixi simaların şahidliyi fonunda təhlil etməyə üstünlük verir. Məsələn, prof. N.Cabbar yazır ki, 1469-cu ildə Sultan Əbu Səyid Mirzə Qarabağda öldürülür. Təbii ki, bu görünməmiş və gözlənilməyən faciə nəhəng imperiyanın bütün vilayətlərində güclü əks-səda doğurur. Amma bu faciə ilə yanaşı, Teymurilər səltənətinin həyatında və tarixində həm də əlamətdar bir hadisə cərəyan etməyə başlayır. Bu yeniliyin mühümlüyü Herat taxtına çıxmağa can atan şəxsin yaxın gələcəkdə Türküstan və ümumən, türk dünyasının taleyində həlledici rol oynacaq Hüseyn Bayqaranın hakmiyyəti öz əlinə alması ilə bağlı idi. 1469-cu ilin 14 aperelində Ramazan bayramı münasibətilə təşkil olunan qəbul mərasimində gənc Əlişir Nəvai uşaqlıq dostuna həsr etdiyi məşhur “Hilaliyyə” qəsidəsini şəxsən Hüseyn Bayqaranın özünə təqdim edir. Gənc şair qəsidədə təzəcə taxta çıxmış gənc hökmdara ideal şah haqqındakı istək və arzularını ifadə edirdi. Aşağıdakı misralar da bilavasitə Hüseyn Bayqaraya ünvanlanmışdı: Şahlar dərvişiyu dərvişlər şahı ki, haqq Şah qıldı surətin, dərviş qıldı siyrətin Bu çoxmənalı beytdə Ə.Nəvai öz uşaqlıq və şah dostunun obyektiv obrazını yaratmağa çalışıb. Keçmiş salnamələr və Türküstan tarixinin mötəbər şahidləri Əlişir Nəvainin bu qəsidəsinin həqiqətə son dərəcə yaxın olmasını vurğulamışlar. Hüseyn Bayqaranı şahların dərvişi, dərvişlərin şahı kimi çox mürəkkəb və hikmətamiz xarakterə malik tarixi şəxs dərəcəsində, surətən şah, siyrətən isə dərviş səviyyəsində dəyərləndirməsi Nəvainin və o dövrün zamandaşlarında razılıq doğurmuşdu. Yuxarıda misal gətirdiyimiz beyt müəllifin ədalətli şah və dövlət konsepsiyasınnı öz mahiyyətində müvəffəqiyyətlə əks etdirilir. Zatən, Əlişir Nəvai sevimli dostu və səltənət sahibi Hüseyn Bayqara simasında, onun dövlətə rəhbərlik fəaliyyətində gördüyü, müşahidə etdiyi həm də arzuladığı keyfiyyətləri, cəhətləri cəmi bir beytdə – “Hilaliyyə” qəsidəsininin şah beytində məharətlə ifadə etməyi bacarmışdı Prof. N.Cabbar qeyd etdiyimiz monoqrafiyasında Əlişir Nəvainin Mirzə Uluğbəy dövrü türk ədəbiyyatına münasibətindən də bəhs edib. Kitabda vurğulandığı kimi, Məhəmməd Tarağay Uluğbəyin ) hakimiyyəti dövründə Türküstanda riyaziyyat, astronomiya, tibb, tarix elmləri ilə bir sırada ədəbiyyatın və ədəbiyyatşünaslıq elminin də inkişaf edib zənginləşdiyini Ə.Nəvainin əsərlərindən öyrənirik. Müəllif onu da nəzərimizə çatdırır ki, Əlişir Nəvai və Teymurilər dövrü ədəbiyyatı problemindən bəhs edən bir sıra tədqiqatlar mövcud olsa da, amma bu mühüm elmi-nəzəri müəmma yetərincə araşdırılmayıb. Dahi şair və mütəfəkkirin “Məcalis-n-nəfais” təzkirəsində, bir sıra başqa əsərlərində Mirzə Uluğbəyə aid qiymətli məlumatlara rast gəlirik. Amma bu yöndəki bilgi və məlumatlar tarixi və xronoloji ardıcıllıqla öyrənilməmiş, elmi cəhətdən sistemləşdirilməmişdir. Ə.Nəvainin şəxsən özünün Mirzə Uluğbəyə və onun dövlətçilik fəaliyyətinə elmi münasibətinin tədqiqini də dolğun və obyektiv hesab edə bilmərik. Mirzə Uluğbəy Ə.Nəvainin ürəkdən sevdiyi və yüksək dəyərləndirdiyi Teymuri şahzadələrdən olmuşdur. Dahi sənətkar və dövlət xadimi özü də Hüseyn Bayqara sarayında çox böyük vəzifələrdə çalışarkən Mirzə Uluğbə-yin ədalətlilik və xalqpərvərlik prinsiplərini əməldə nümayiş etdirməyə çalışmışdır. Böyük şair “Fərhad və Şirin” dastanının epiloqunda Sultan Hüseyn Bayqaranın oğlu Şah Qərib Mirzəyə xitabən söylədiyi nəsihətlərində o ulu Teymurini qeyri-ixtiyari olaraq xatırlayır və gənc şahzadəni Mirzə Uluğbəydən örnək almağa çağırırdı: Temirxan nəslindən sultan Uluğbəy Ki aləm görmədi sultan onuntək Danişmənd şair gənc şahzadəyə təlqin edir ki, bu dünya Mirzə Uluğbəy kimi bir sultanı hələ görməyib, onun “əbnayi-cinsi”, yəni tay-tuşları hamısı bu dünyanı çoxdan tərk edib. Bugün zaman əhli onlardan heç birini xatırlamır. Öz zamandaşlarından və nəsildaşlarından fərqli olaraq, elmi sevdiyinə və dəyərləndirdiyinə görə Mirzə Uluğbəyin gözləri önündə göylər yerə yaxınlaşdı, asimanlar aşağı düşdü. Onun tikdirdiyi rəsədxana bugün də “zebi-cahandır”, yəni dünyanın zinətidir. Hətta ona cahanın özünəməxsus bir asimanı demək də olar. “Zici Körəgani” isə Mirzə Uluğbəyin və şagirdlərinin yaratdığı və səma elmlərini yüksək dəqiqliklə öyrənməyə xidmət edən ulduzların cədvəlidir. Ə.Nəvai uzaqgörənliklə bildirir ki, dahi alimin bu əsərinin əhəmiyyəti o qədər böyük və misilsizdir ki, bundan sonra astronomiya elmi ilə məşğul olanlar düz qiyamətəcən Mirzə Uluğbəyin astronomik cədvəllərindən və elmi hökmlərindən öyrənəcəklər. Ulu Nəvainin Sah Qərib Mirzəyə müraciətlə dediyi hikmətli beytlər yalnız ona yox, əslində dahi şairin bütün zamanlardakı hökmdarlara və onların övladlarına ünvanlanmışdı. Dünyagörmüş şair səltənət və hakimiyyət sahiblərini həmişə oxuyub-öyrənməyə, zəkalı və bilikli olmağa səsləyirdi: Bilik gərçi görünür gözə zinət Vəle şahlarda vardır özgə zinət Şərq poeziyasında ədalətli padşah ideyası və bilavasitə bu konspesiya ilə bağlı ictimai-fəlsəfi obrazlar məşhurdur. Əbülqasim Firdovsi, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Mövlana Cəlaləddin Rumi, Seyid İmadəddin Nəsimi, Sədi Şirazi, Hafiz Şirazi, Məhəmməd Füzuli və başqa dünya şöhrətli klassiklərin ədalətli şah arzuları və obrazları daha çox əfsanəviləşmiş tarixi şəxsiyyətlərlə bağlı olub. Əbdürəhman Cami və Əlişir Nəvainin ədalətli padşah konsepsiyasının kökündə isə həmin əfsanəvi, tarixi prototiplərlə yanaşı onların öz zəmanələrinin qüdrətli hökmdarları, ilk növbədə, şəxsən Əmir Teymur və teymuri şahzadələri dururdu. Xüsusən, Mirzə Uluğbəy Əlişir Nəvaidən öncəki və sonrakı dövrlərin ədəbiyyat və sənət nümayəndələrinin idealı olmuş, XV-XVI əsrlərin ideal şah obrazının təməlindəki tarixi-siyasi və fəlsəfi zəmin rolunu oynamışdır. Yuxarıda qeyd etiyimiz kimi, Ə.Nəvai Mirzə Uluğbəy zamanında cəmi səkkiz il yaşasa da, o dahi şəxsiyyəti və səltənət sahibini ömrü boyu unuda bilməmiş, onu həmişə sonsuz sevgilər və sayqılarla xatırlamışdır. Ə.Nəvai yaxın və məhrəm dostu Hüseyn Bayqaranı ürəkdən sevib dəyərləndirsə də, yaşıdı olan və uşaqlıq çağlarından tanıdığı Əmirzadənin dəyərini, dərəcəsini yaxşı bilirdi. Xüsusən, ömrünün müdrik və ahıl çağlarında dahi sənətkar daxili çəkişmələrə və didişmələrə bütün güclərini, enerjilərini sərf edən Teymurilərin yenidən Əmir Teymur və Mirzə Uluğbəy kimi dahiyanə siyasi liderlər, sərkərdələr tarixə bəxş edəcəyinə artıq ümud bəsləmirdi. Məhz bütün bunlara görə də Mirzə Uluğbəyi, onun qüdrətinin əvəzedilməzliyini dərindən anlayır, zamandaşlarının qədrini bilmədiyi bu insanı öz əsərlərində bilavasitə və ya bilvasitə tez-tez yad edir, onun ideal şah obrazlarının prototipi də eynən M.Uluğbəy olduğuna bizi inanmağa sövq edir Prof. N.Cabbar Ə.Nəvainin Mirzə Uluğbəyə münasibətini dərindən və incəliklərinə qədər aşkarlamağa çalışır. İntibah dahisinin hərtərəfli mükəmməl bir şəxs və ensiklopedik biliklər sahibi olmasını Ə.Nəvai öz poetik tərif və təhlillərində önə çəkir. Özü də renessans mənəviyyatı və mədəniyyətinin parlaq daşıyıcısı olan böyük mütəfəkkir və şair orta əsrlərin ən məşhur və mükəmməl təzkirələrinin birində – “Məcalisu-n-nəfais”də Mirzə Uluğbəyi “Kamalatı hədsiz çoxdur... Qurani-məcid yeddi qiraət ilə yaddaşına möhürlənib” deyə səciyyələndirmişdi. Yenə onun haqqında Ə.Nəvai yazır ki, “Heyət və riyazini çox dərindən bilib, cədvəl yaradıb, rəsədxana qurub”. Burada həssas və qədirşünas təzkirə müəllifi böyük və son dərəcə çoxcəhətli istedad sahibi olan Teymurizadənin bir mühüm fəzilətini də vurğulamağı unutmur: “Onun kamalatı o dərəcədə idi ki, gah nəzmə də meyl göstərirdi”. Yəni müəllif böyük dövlət xadimi və alimin şeirlər yazması barəsində də zamandaşlara xəbər verməyi zəruri hesab edir. Xüsusən, orta əsrlədə şeir yazmaq bütün cəmiyyət üzvləri və peşə sahibləri üçün yüksək, ali fəzilətlərdən biri sayılıb. Və Ə.Nəvai ürəkdən sevdiyi və dəyərləndirdiyi dahi alimin, səltənət sahibinin bu zəruri mənəvi-estetik keyfiyyətə sahib olduğunu da qeyd etməkdən zövq duymuşdur. “Məcalisu-n-nəfais”də Ə.Nəvai Mirzə Uluğbəyin yüksək istedadı və fəzilətlərinin onun oğullarına da keçdiyini əlahiddə qeyd edir. Gənc şahzadələrin də əməlli-başlı təbi-nəzmi olmasını şəhadət verir. Prof. N.Cabbar ustad Ə.Nəvainin “Fərhad və Şirin” dastanının xatiməsində və “Məcalisu-n-nəfais”də Mirzə Uluğbəydən xüsusi bəhs etdiyini vurğulayaraq, eyni zamanda, şah atanın və şahzadə oğulların bədii yaradıcılığını tarixə sədaqət müstəvisində dərindən araşdırmağın onların əsələrini və əlyazmalarını tapıb nəşt etməyin zəruriliyini də bizə, ümumən, müasirlərimizə təlqin edir. Zatən, ulu babalarımızın bütün yaxşı işlərini, ümummilli əhəmiyyətə malik dəyərli əməllərini, 600 ildən bəri unudulmayan fəzilətlərini təqdir və təbliğ etməyin gələcək nəsillər üçün də tükənməyən xəzinə olmasını yadımızda saxlamaq borcumuzdur Prof. N.Cabbar Mirzə Uluğbəy dövründəki türkdilli ədəbiyyatı Ə.Nəvai “Məcalisu-n-nəfais”inin fonunda dərindən və yığcam şəkildə işıqlandırmağa müvəffəq olub. XV əsrdə Türküstanın paytaxtı Səmərqənddə və Xorasanın (Teymurilər səltənətində Xorasan daha geniş və böyük siyasi-inzibati-ərazi vahidi kimi etiraf və tanınırdı) paytaxtı Heratda elmi-mədəni və ədəbi-mühit öz tarixinin ən coşğun mərhələsini yaşayırdı. O zamanın ən məşhur söz ustaları, alimləri, sənətkarları və ümumən, mədəniyyətə az-çox dəxli olan yaradıcı adamları, əsasən, bu şəhərlərdə toplanmışdılar. Həmin dövrün aparıcı inkişaf meyilləri, ən görkəmli imzaları və böyük ədəbi-mədəni uğurları Ə.Nəvainin təzkirələrində, həm də bir çox başqa xarici alimlərin tədqiqatlarında əks edib. Öz düşüncələrini və mülahizələrini isbat etmək üçün prof. N.Cabbar yalnız Ə.Nəvainin “Məcalisu-n-nəfais”i ilə kifayətlənmir. Həmin dövr mədəniyyətinin və tarixinin məşhur tədqiqatçıları V.V.Bartold, Əhməd Zəki Validi, Fuad Köprülüzadə, prof.Erqaş Rüstəm, məşhur tarixnəvis Əbdürəzzaq Səmərqəndi, görkəmli tarixçi alim Əşrəf Əhməd və başqalarını araşdırmalarına da müracitə edir. Nəvaişünas alim akademik V.V.Bartoldun “Uluğbəy və onun zamanı” monoqrafiyasında böyük Teymurizadənin sarayında dövrün tanınmış alim və şairlərinin yüksək izzət-ikramda olması barəsində söhbət açmasını vurğulayır. N.Cabbar müəyyən və aydın dəyərləndirmələrin yer aldığı Əhməd Zəki Validinin “Lütfi və onun divanı”, Fuad Köprülüzadənin “Cığatay şairləri”, akademik A.N.Samayloviçin Lütfi və Atayi haqqındakı məqalə və məruzələrinin elmi əhəmiyyətini nəzərimizə çatdırır. Eyni zamanda, burada görkəmli ədəbiyyatşünas alim prof.Erqaş Rüstəmin “XV əsrin birinci yarısı özbək şeiriyyəti” kitabının elmi cəhətdən son dərəcə qiymətli odluğunu da ayrıca vurğulamaq yerinə düşər 600 il öncə baş vermiş və böyük zəkaların yaddaşında yaşamış qeyri-adi və ya hətta adi bədii həqiqətlərin, maraqlı hadisələrin, faktoloji kökü olan məlumat və məsələlərin bugün – XXI əsrdə yada salınması, səslənməsi və dinlənməsi bizim müasirlərimizin də dünyagörüşünə, düşüncə tərzinə təsir göstərməsi labüddür. Məsələn, V.V.Bartold Mirzə Uluğbəyin bədii zövqündən, ədəbi-esteik görüşlərindən söhbət açarkən bugün də qızğın maraq oyadan belə bir detalı oxucularla bölüşür: “Mirzə Uluğbəy Nizami Gəncəvini öz ruhuna çox yaxın duyurdusa, Boysunqur Mirzə isə Əmir Xosrov Dəhləvini çox sevirdi, onu yüksək dəyərləndirirdi. Qardaşlar arasında ədəbi mövzularda, hətta ədəbiyyata və tarixə yanaşmalarla bağlı mübahisələr çox olurdu. Boysunqur Mirzə söz sənətini dərindən bilən, daha çox ədəbiyyat həvəskarı kimi geniş şöhrət qazansa da, Nizami Gəncəvi və Əmir Xosrov Dəhləvi “Xəmsə”lərinin müqayisəsində Mirzə Uluğbəyin bədii zövqünü, klassik poeziyaya yanaşmasını müasir avropalı elm sahiblərinin və şeirsevərlərin estetik dəyərləndirməsinə, sənət zövqünə daha yaxın və uyğun hesab etmək olar” XXI əsr özbək Nəvaişünaslığının məhsuldar və görkəmli nümayəndələrindən biri kimi prof. N.Cabbar həm də nəinki Mirzə Uluğbəy dövrü söz sənətinin, ümumən, Teymurilər dövrü adlanan 150 ilə yaxın böyük bir epoxanın ədəbiyyat və mədəniyyətinin həssas, zəhmətkeş tədqiqatçılarından biri sayılır. Görkəmli ədəbiyyatşünas alimin indiyə qədər minə yaxın məqaləsi, otuza yaxın kitabları və monoqrafiyaları nəşr olunub. Prof. N.Cabbar onlarla fəlsəfə doktorlarına elmi rəhbərlik etmiş, elmlər doktoruluğu dissertasiyalarına isə məsəhətçi olub. Yaradıcılıq uğurları, elmi zəfərlərlə özünün əlamətdar 60 yaşını qarşılayan alim qardaşımız Özbəkistan Respublikasının yüksək mükafatları, orden və medalları ilə dəfələrlə təltif olunmuşdur. Özbəkistanın Daşkənd şəhərində uğurla fəaliyyət göstərən Özbək Dili və Ədəbiyyatı Dövlət universitetinin professoru, kafedra müdiri kimi çalışan, filologiya elmləri doktoru Nurbay Cabbara bundan sonrakı gərgin və coşğun ədəbi-elmi yaradıcılığında, bir müəllim kimi işlərində yeni-yeni müvəffəqiyyətlər, can sağlığı və uzun ömür arzulayırıq! Filologiya elmləri doktoru, professor, AMEA-nın baş elmi işçisi

Kaynak: 525.az

Diğer Haberler