Tenqri
Ana Səhifə
Dünya

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Yaxın Şərq ölkələrindən neft ixracının iflic olması dünya iqtisadiyyatının böyük böhranla üz-üzə qalmasına səbəb olub. ABŞ və Avropa İttifaqı ölkələri alternativ yollarla yanacaq almaq məcburiyyətində qalıblar. Bu prosesdən isə faydalanan tərəf Rusiyadır. Hörmüz boğazının bağlı qalması Asiya bazarın

0 baxışazertag.az
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
Paylaş:

Yaxın Şərq ölkələrindən neft ixracının iflic olması dünya iqtisadiyyatının böyük böhranla üz-üzə qalmasına səbəb olub. ABŞ və Avropa İttifaqı ölkələri alternativ yollarla yanacaq almaq məcburiyyətində qalıblar. Bu prosesdən isə faydalanan tərəf Rusiyadır. Hörmüz boğazının bağlı qalması Asiya bazarında Rusiya neftinə tələbatı artırmaqla yanaşı, onun qiymətini də artırıb. Rusiyada sutkalıq hasilatın 10 milyon bareldən 8,8 milyon barelə düşməsinə baxmayaraq, bu gün beynəlxalq bazarlara, xüsusilə də Çin və Hindistana neft satan ölkə Rusiya olaraq qalır. Qəribə paradoks ondan ibarətdir ki, Qərb dövlətləri müxtəlif sanksiyalarla Rusiyanın neft satışını məhdudlaşdırmağa çalışırlar ki, Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirə bilməsin. Lakin digər tərəfdən Hörmüz boğazının bağlı qalması Rusiyaya gündəlik 500 milyon dollar qazandırır ki, bu da ona müharibəni davam etmək imkanı yaradır Küveytin neft tədqiqatçısı Kamil Abdulla əl-Harmi yazır ki, Hindistan yanacaq idxalını diversifikasiya edərək enerji sektorunu inkişaf etdirir. Alternativ yolların bağlı olması daha çox və daha ucuz neft alaraq Hindistan hərbi sənayesini də gücləndirib Digər bir paradoks hal ondan ibarətdir ki, Çin ilə rəqabət aparan ABŞ Körfəzdə hərbi əməliyyatlara başlamaqla Çinin geosiyasi əhəmiyyətini artırıb. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Çin də Hindistanla yanaşı, Rusiyadan ucuz və iri həcmdə neft alaraq iqtisadiyyatını enerji ilə təmin edir. Bütün bunlar Rusiyada hasilatın artırılması üçün stimul yaradıb və ola bilsin ki, yaxın gələcəkdə hasilat artsın. Lakin bu, heç də neftin dünya bazarında qiymətinin aşağı düşməsini şərtləndirməyəcək. Çünki Rusiya neftinin alıcıları sabitdir və alternativləri yoxdur Yay mövsümünün başlaması ilə istirahət günləri də başlayır. ABŞ-də avtomobil ilə səyahət etmək ənənəvi istirahət növüdür. Benzinin bahalaşması böyük narazılıqlar yaradır. ABŞ sutkada 14 milyon barel neft hasil edir ki, bunun da 9 milyonu daxili tələbata yönəldilir. Qalan 7 milyon barelin ixrac edilməsi qiymətlərdə dəyişikliyə o qədər də təsir etmir Hazırda dünya bazarında Rusiyanın “Urals” markalı neftinin 1 barelinin qiyməti 109 dollara satılır ki, bu da ABŞ-nin “Brent” markalı neftindən 15 dollar bahadır. Vəziyyətin belə davam etməsi dünya iqtisadiyyatında böhranın və Rusiyanın Ukrayna istiqamətində apardığı hərbi əməliyyatların davam edəcəyini deməyə əsas verir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler