Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviaşirkət olan “Ryanair”in valideynlərdən uçuş zamanı uşaqlarının yanında əyləşə bilmələri üçün əlavə ödəniş tələb etməsi ilə bağlı araşdırmaya başlayıb AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tənzimləyici qurum bu ödənişlərin iste

Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviaşirkət olan “Ryanair”in valideynlərdən uçuş zamanı uşaqlarının yanında əyləşə bilmələri üçün əlavə ödəniş tələb etməsi ilə bağlı araşdırmaya başlayıb AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tənzimləyici qurum bu ödənişlərin istehlakçı qanunvericiliyinə uyğun olub-olmadığını araşdırır CMA-nın məlumatına görə, “Ryanair” adətən hər istiqamət üzrə təxminən 8 funt sterlinq məbləğində ödəniş alır. Şirkətin qaydalarına əsasən, yaşı 2-dən 11-dək olan uşaqlar valideynləri ilə birlikdə əyləşməlidirlər. Bunun üçün isə aviaşirkətin “məcburi ailə oturacağı” adlandırdığı xidmət çərçivəsində əlavə ödəniş tələb olunur “Ryanair” araşdırmanı əsassız adlandıraraq “ailə oturacaqları siyasəti”nin bütün müvafiq qanunlara tam uyğun olduğunu bildirib CMA qeyd edib ki, Böyük Britaniyadan uçuşlar həyata keçirən iri aviaşirkətlər arasında bu cür ödənişi tətbiq edən yeganə şirkət “Ryanair”dir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


