Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
Böyük Britaniya parlamentinin yerləşdiyi Vestminster Sarayı binasında bir neçə saat gizləndikdən sonra saxlanılan qadınla bağlı araşdırma aparılır AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, London polisi parlament binasına təşkil olunmuş ekskursiyadan sonra binanı tərk etməyən 50 yaşların

Böyük Britaniya parlamentinin yerləşdiyi Vestminster Sarayı binasında bir neçə saat gizləndikdən sonra saxlanılan qadınla bağlı araşdırma aparılır AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, London polisi parlament binasına təşkil olunmuş ekskursiyadan sonra binanı tərk etməyən 50 yaşlarında bir qadının saxlanıldığını bildirib Məlumata görə, qadın ziyarət saatları başa çatana qədər “təmirə görə bağlıdır” işarəsi olan tualet kabinəsində gizlənərək nəzarətdən yayına bilib. Daha sonra o, gecə saatlarında parlament kompleksinin ərazisində hərəkət edib və sonradan təhlükəsizlik əməkdaşları tərəfindən aşkarlanıb. Qadın 2005-ci il tarixli Ağır Mütəşəkkil Cinayətkarlıq və Polis Aktının müddəalarını pozaraq qanunsuz şəkildə parlament ərazisində qalmaqda şübhəli bilinərək saxlanılıb. Daha sonra əlavə araşdırmalar aparılması üçün zaminə buraxılıb Hadisədən sonra parlament rəhbərliyi daxili araşdırmaya başlayıb. Britaniya mətbuatının məlumatına görə, araşdırma çərçivəsində gecə növbəsində binaya nəzarət edən mühafizəçilərin vəzifələrini lazımi qaydada yerinə yetirib-yetirmədikləri də yoxlanılacaq İlkin məlumatlara əsasən, qadının hərəkətlərində qəsdən zərər vurmaq niyyətinin olduğu görünmür. Bununla belə, hadisə parlamentin təhlükəsizlik sistemində mümkün boşluqlarla bağlı suallar yaradıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


