Tenqri
Ana Səhifə
Dünya

Böyük Britaniya hökuməti: Kir Starmer yayda da baş nazir postunda qalacaq - YENİLƏNİB

Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman naziri Liza Nendi Sky News telekanalına müsahibəsində bildirib ki, Starmerin yaxın aylarda istefa verəcəyini gözləmir “Xeyr, mən bunu gözləmirəm”, - deyə o, Starmerin yay fəslinə qədər baş nazirin ofisini tərk edib-etməyəcəyi i

0 baxışapa.az
Böyük Britaniya hökuməti: Kir Starmer yayda da baş nazir postunda qalacaq - YENİLƏNİB
Paylaş:

Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman naziri Liza Nendi Sky News telekanalına müsahibəsində bildirib ki, Starmerin yaxın aylarda istefa verəcəyini gözləmir “Xeyr, mən bunu gözləmirəm”, - deyə o, Starmerin yay fəslinə qədər baş nazirin ofisini tərk edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib Nendi qeyd edib ki, son bir həftə ərzində baş nazirlə bir neçə dəfə danışıb və Starmer çərşənbə axşamı kabinetə açıq şəkildə bildirib ki, əgər kimsə ona meydan oxumaq istəyirsə, bunun üçün müəyyən edilmiş prosedur mövcuddur Hazırda Starmerə qarşı mübarizə aparmaq niyyətini yalnız Böyük Britaniyanın keçmiş səhiyyə naziri Ues Stritinq açıqlayıb. Lakin hələlik heç bir rəsmi prosedur başladılmayıb Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın dostlarına istefa vermək niyyətində olduğunu bildirib. Bu barədə Daily Mail öz mənbələrinə istinadən məlumat yayıb “Kir siyasi reallığı anlayır... O, sadəcə bunu ləyaqətlə və öz seçdiyi şəkildə etmək istəyir. O, vaxtı özü açıqlayacaq”, - deyə Nazirlər Kabinetinin üzvlərindən biri bildirib Nazirlər Kabinetindəki digər mənbənin sözlərinə görə, istefa ilə bağlı açıqlamanın nə vaxt ediləcəyi hələ dəqiq məlum deyil

Kaynak: apa.az

Diğer Haberler