Paşinyan Kremlə yenə MEYDAN OXUDU - “Buna xarici agentlər qərar verməyəcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacağını və lazım bildiyi vaxt təşkilatdan çıxmaq barədə qərar qəbul edəcəyini bəyan edib Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb "Gücl

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacağını və lazım bildiyi vaxt təşkilatdan çıxmaq barədə qərar qəbul edəcəyini bəyan edib Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb "Güclü Ermənistan" partiyasının idarə heyətinin üzvü Narek Karapetyan debat zamanı Paşinyana müraciət edərək, Ermənistanın KTMT-də iştirakının dondurulmasının nə demək olduğunu və niyə təşkilatdan çıxmaqla bağlı yekun qərar verilmədiyini soruşub. Baş nazir cavabında "nə vaxt çıxacağımıza xarici agentlər qərar verməyəcək", - deyə bildirib Aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşən Paşinyan KTMT-nin Qarabağ məsələsində İrəvana kömək etmədiyini iddia edib. Putin isə xatırladıb ki, İrəvanın özü 2022-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistanın Baş naziri "Qarabağ hərəkatı"na son qoymağın vaxtının çatdığını əlavə edərək, Bakı ilə sülhün ABŞ-ın iştirakı ilə bağlandığını bildirib, eyni zamanda münasibətlərin normallaşmasında oynadığı rola görə Rusiyaya da təşəkkür edib Ertəsi gün Paşinyan İrəvanın KTMT-nin işində iştirakını bərpa etməyini qeyri-real hesab etdiyini bir daha vurğulayıb Qeyd edək ki, KTMT-nin tərkibinə altı dövlət daxildir: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan Trampla bağlı QƏRAR – Adını bu mərkəzdən silirlər Trampdan Baydenin oğluna xeyir-dua: Bacarar Trampdan Putin və Zelenski arasında görüş təklifinə reaksiya ABŞ Kuba Prezidentini sanksiyalarla vurdu ABŞ ordusu ağcaqanadları bioloji silah kimi sınaqdan keçiribmiş Trampa ŞOK XƏBƏRDARLIQ - Neft kəskin bahalaşacaq Azərbaycanla sülh sazişini imzalayacağıq, amma... - Köçəryandan sensasion iddia İlham Əliyev sərəncam imzaladı Türkiyə Fransa və Rusiyanı sıxışdırır - Ankaradan səssiz və strateji gediş Azərbaycanlıların öldüyü gəmini onlar vurub Ermənistan qarışdı: Kütləvi həbslər keçirilir XİN-dən vurulan gəmi ilə bağlı açıqlama Moskvadan Bakı və İrəvan siqnalı: Yeni “3+3” görüşünün yeri açıqlandı Hərbi xidmətdən qayıdıb əvvəlki vəzifəyə təyin oluna biləcəklər


