Bolqarıstan və Azərbaycan yaxın aylarda mühüm sazişlər imzalamağı gözləyirlər - səfir
GƏNCƏ, Azərbaycan, 6 iyun. Yaxın aylarda Bolqarıstanla Azərbaycan arasında mühüm sazişlərin imzalanması gözlənilir.Bunu Trend-ə Bolqarıstanın səfiri Rouslan Stoyanov Gəncəyə səfəri zamanı deyib Onun sözlərinə görə, ölkələr arasında enerji və şəhərlərarası əməkdaşlıq genişlənir Səfir son illər Bol
GƏNCƏ, Azərbaycan, 6 iyun. Yaxın aylarda Bolqarıstanla Azərbaycan arasında mühüm sazişlərin imzalanması gözlənilir.Bunu Trend-ə Bolqarıstanın səfiri Rouslan Stoyanov Gəncəyə səfəri zamanı deyib Onun sözlərinə görə, ölkələr arasında enerji və şəhərlərarası əməkdaşlıq genişlənir Səfir son illər Bolqarıstan ilə Azərbaycan arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini, xüsusilə enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini bildirib Onun sözlərinə görə, ötən il Azərbaycan Bolqarıstanın qaza olan tələbatının təxminən üçdə ikisini təmin edib. Diplomat həmçinin qeyd edib ki, hazırda iki ölkə arasında bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin ötürülməsi layihəsi üzərində iş gedir Səfir bu layihənin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanacaq dördtərəfli saziş çərçivəsində həyata keçiriləcəyini vurğulayıb. Sənədə əsasən, ölkələr arasında enerji ötürülməsi üçün elektrik kabelinin çəkilməsi nəzərdə tutulur Stoyanov bildirib ki, son aylarda Bolqarıstanın yüksək səviyyəli rəsmiləri Azərbaycana səfər ediblər və qarşılıqlı səfərlərin davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, Bolqarıstan dövlət başçısı yaxın aylarda Azərbaycana səfər etməyi planlaşdırır və bu səfər zamanı yeni mühüm sazişlərin imzalanması gözlənilir Səfir əlavə edib ki, Bolqarıstan ilə Azərbaycan arasında şəhərlərarası əlaqələr də inkişaf edir. Onun sözlərinə görə, Veliko Tırnovo və Şuşa qardaş şəhərdir və Şuşada park salınması nəzərdə tutulur


